Kaspersky “Cyber Spa”rəqəmsal istirahət məkanını təqdim edib

Kaspersky istifadəçilərin stres və narahatlıqla mübarizə məqsədi ilə onlayn müalicələrdən keçə biləcəyi hərtərəfli virtual istirahət məkanı olan Cyber ​​Spa-nı hazırlayıb və təqdim edib.İnternetin iş və ünsiyyət üçün fəal şəkildə istifadə edildiyi bu günlərdə insanların özləri ilə harmoniya tapmasına, mənəvi və intellektual resurslarını bərpa etməsinə kömək edəcək texnologiyalara ehtiyac var.

Cyber ​​Spa veb saytında istifadəçilərə bir neçə prosedur təklif olunur: “Sonsuz sakitlik” (vizual-eşitmə meditasiyaları kompleksi), “Texnosəs terapiyası” (gələcəyin səsləri ilə audio istirahət), “Fitness selfi” (üz məşqləri kompleksi) və “Rəqəmsal stress topu” (çoxsəviyyəli toxunma meditasiyası). Cyber ​​Spa ziyarətçiləri ana səhifəyə daxil olaraq ehtiyac duyduqları proseduru seçə və ya gərginlik səviyyələrini öyrənmək üçün diaqnostikadan keçə bilərlər. İkinci halda, sistem hər kəsin özünə uyğun ardıcıllıqla bir sıra məşqlər təklif edir.

Kaspersky tərəfindən hazırlanmış bütün prosedurlar yoxlanılmış fərdi istirahət metodlarına əsaslanır və təsirləri prosedurdan təkrar keçməklə gücləndirilə bilər. Bundan əlavə, texnosəs terapiyası üçün real həyatda eşidilməsi mümkün olmayan xüsusi səslər yaradılıb. Bu, xüsusən Yupiterdən gələn texno səs, qara dəliyin sonsuzluğunun səsi və dostcanlı bir kiborgun pıçıltısıdır.

Hərtərəfli istirahət üçün rəqəmsal məkan – Cyber Spa

Cyber ​​Spa üçün illüstrasiyaları rəqəmsal rəssam Varya Şuka yaradıb. O, gerçəkliyin yeni texnologiyaların təsiri altında necə dəyişdiyini əks etdirir və virtual aləm ilə gerçək aləm arasında sərhədləri pozur.

“Keçən il hamı üçün asan olmadı. Pandemiya və kütləvi şəkildə uzaqdan işə keçid təkcə iş proseslərini deyil, həm də dünyadakı şirkətlərin işçilərinin psixoloji vəziyyətinə təsir etdi. Yeni şərtlərə tez uyğunlaşmaq və effektiv qalmaq üçün çoxlu fiziki və zehni gücə ehtiyac var. Tükənmişlik və artan narahatlıq kimi problemlərin ortaya çıxması olduqca təbiidir. Kaspersky olaraq texnologiyanın insanların həyatını daha yaxşı hala gətirə biləcəyinə inanırıq. İstifadəçilərin stresin öhdəsindən gəlməsinə və rahatlıq tapmasına kömək edəcək yeni rəqəmsal vasitələrə ehtiyac var. Bu səbəbdən də hərtərəfli istirahət üçün bənzərsiz bir virtual məkan – Cyber ​​Spa-nı yaratdıq,” deyə Kaspersky-nin brend kommunikasiyaları qrupunun rəhbəri Kristina Brançuqova bildirib.

“Bütün insanlarda narahatlıq var, bu bizə təhlükəni qabaqcadan görməyə və ona vaxtında reaksiya verməyə imkan verir. Bu emosional təcrübə hərəkətə keçməyə, düzgün istiqamətdə irəliləməyə və inkişaf etməyə daha çox sövq edir. Bununla belə, həyəcan qəbul edilə biləcək səviyyəni aşa və onu yaşayan insana təsir edə bilər. İşdə belə bir vəziyyət işçinin öz üzərinə lazım olduğundan daha çox funksiya götürməsinə və tapşırıqları yerinə yetirməkdən imtina etməsinə gətirib çıxarır. Bu, əksər hallarda emosional tükənmə və ağır stresə səbəb olur, nəticədə insanın təkcə iş səmərəliliyi deyil, ümumiyyətlə həyat keyfiyyəti də pisləşir. Buna görə də özünü dinləmək, “burada və indi” vəziyyətinə qayıtmaq və artan narahatlıqla mübarizə aparmaq çox vacibdir. Həm ənənəvi psixoloji metodlar, həm də yeni texnologiyalar, məsələn, Kaspersky tərəfindən hazırlanmış Cyber ​​Spa virtual məkanı özünüzlə harmoniya tapmağa və stresi aradan qaldırmağa kömək edə bilər,”məşqçi, təlimçi və biznes məsləhətçisi, tibb elmləri namizədi, “Ali İqtisadiyyat Məktəbi” Milli Araşdırma Universitetinin professoru, Qrup və Ailə Psixologiyası və Psixoterapiyası İnstitutunun direktoru Leonid Krol deyib.

Hərtərəfli istirahət üçün onlayn prosedurlardan Cyber ​​Spa-nın saytında keçə bilərsiniz: https://cyberspa.kaspersky.com/ru.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: