PR-TanıtımSağlamlıqTəqdimat

Bakıda ilk – Dünyanın peşəkar tibb mütəxəssisləri Azərbaycan paytaxtında toplaşacaq

Bakıda “ICI Meeting Baku 2019” konfransı keçiriləcək. Mayın 17-də “Fairmont Baku” mehmanxanasında gerçəkləşəcək beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrinin ən tanınmış peşəkar tibb mütəxəssisləri bir araya gələcək.

Qeyd edək ki, 16 ildir ki, bu konfrans yalnız İsraildə, Təl-Əviv şəhərində keçirilir. İsraildə yerləşən təşkilat komitəsi bu illər ərzində ilk dəfə əlahiddə olaraq konfransın Bakıda təşkil edilməsi barədə qərar qəbul edib.

Tədbirin Azərbaycandakı təşkilati məsələlərini “Run Group MMC” və bu şirkətlər qrupuna daxil olan “Run Health” şirkəti həyata keçirir.

“Run Group”dan verilən məlumata görə, konfransda Azərbaycan, İsrail, Türkiyə, Qazaxıstan, Rusiya, ABŞ, eləcə də Avropadan və digər ölkələrdən 500-ə yaxın nümayəndənin, o cümlədən kardiologiya ilə əlaqəli olan mütəxəssislər, həkim, tibb bacısı, tələbə və mühəndislərin, eləcə də millət vəkilləri, rəsmi şəxslər və digərlərinin iştirak edəcəyi gözlənilir.

Çoxşaxəli keçməsi gözlənilən tədbirdə seminar və mühazirələrlə yanaşı sərgi və işgüzar görüşlərin də baş tutması planlaşdırılır.

İrimiqyaslı tədbir çərçivəsində təşkil olunacaq sərgidə müxtəlif tibb müəssisələri, dərman və tibbi avadanlıqlar istehsal edən, eləcə də digər şirkətlər təmsil olunacaqlar.

Tədbirin sponsorluğunu tanınmış beynəlxalq şirkətlər həyata keçirir. Konfransın tərəfdaşları sırasında isə Azərbaycan Kardioloqlar Cəmiyyəti, İsrail Ürək Cəmiyyəti və İsrailin Hadassa Dövlət Klinikasını qeyd etmək olar.

Tədbir haqqında əlavə məlumatı www.icimeeting.az/ saytından əldə edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!