“Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçiriləcək

İyunun 12-də Heydər Əliyev Sarayında “Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçiriləcək. 

“Şərəf tariximiz” adlı konsert proqramında Respublikamızın sevilən və tanınmış sənətkarları Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Ədalət Şükürov, Gülüstan Əliyeva, Elza Seyidcahan, Zaur Əmiraslanov tanınmış müğənnilər Nazim Faytonçu, Nərmin Kərimbəyli, Yaşar Cəlilov, Leyla Ramazanlı, Könül Məmmədli, Əbdül Xalid, Tofiq Hacıyev, Nicat Cəfərzadə, Roza Zərgərli, Elxan Qaraxanoğlu, Lətifə Soyuöz, Nisbət Sədrayeva, Orxan Babazadə, Əhməd Mustafayev, Ramazan Mustafayev, Ramazan Şərifzadə və Dana Durdana iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: