“Klassik musiqi inciləri” adlı layıhəsı çərçivəsində konsert keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində Mərkəzin “Klassik musiqi inciləri” adlı layıhəsı çərçivəsində konsert keçiriləcək.
Beynəlxalq Muğam Mərkəzi muğamlar,xalq mahnıları,aşıq havaları,dastanlar,müxtəlif xalqların etnik musiqisini əhatə edən bir çox layihələr həyata keçirir.
 Bunlardan “Muğam axşamları”,”Aşıq musiqisi axşamları”,”Etnik musiqi inciləri”,”Unudulmayanlar”,”Dastan gecələri” kimi layihələri qeyd etmək olar.
 “Klassik musiqi inciləri” layihəsi də Mərkəzdə keçirilən möhtəşəm layihələrdən biridir. Bu layihə çərçivəsində  Azərbaycan və xarici klassik musiqi ifaçılarının iştirakı ilə dünya bəstəkarlarının ölməz əsərləri ifa edilmişdir.
Mayın 31-də layihə çərçivəsində keçiriləcək konsertdə Əməkdar artistlər Təranə Əliyeva,Elçin Həşimov,Elnur Əhmədov,Ələkbər Ələkbərov və Rövşən Qurbanov,Fərid Quliyev,Nahid  Məmmədov,Aytən İbrahimova,Mehri Əsədulla iştirak edəcəklər.
 Onların ifasında Azərbaycan və xarıcı ölkə bəstəkarlarının əsərləri ifa ediləcəkdir. Konsertmeystr Arzu Səfərovadır.
Biletləri şəhərimizin kassalarından,”Asan xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərsiniz.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: