Krevetka və pendirli linqvini

  • 200 q pələng krevetka
  • 60 q yağda qurudulmuş pomidor
  • 10 q sarımsaq
  • 20 q cəfəri
  • 200 ml zeytun yağı
  • 2 ədəd portağal
  • 500 ml süd
  • 320 q qurudulmuş linqvini (spagetti)
  • 120 q kaprino keçi pendiri
  • 100 q brokkoli
  • Duz, istiot
  • Şüyüd, qırmızı reyhan

Kaprinodan muss hazırlayırıq – pendiri duz, ağ istiot, zeytun yağı və südlə çalırıq. Qarışığa bir ədəd portağal qabığını əlavə edib yaxşıca qarışdırırıq. Soyuducuya qoyuruq.
Brokkoli kremi üçün – brokkolini yarpaqlarından, güllərindən təmizləyib saplağını kəsirik. Gülləri 30 dəqiqə bişirib kənara qoyuruq. Saplağından çox nazik kəsib, yarım qaşıq zeytun yağı əlavə olunmaqla duzlu suda yarpaqları ilə bişiririk. 5 dəqiqə qaynadıb blenderdə duz, ağ istiot və zeytun yağı ilə qarışdırırıq.
Sarımsağı nazik doğrayıb zeytun yağında krevetka, qurudulmuş tomat və brokkoli gülləri ilə qızardırıq. Sous üçün bir az su əlavə edin.
Linqvinini duzlu suda 6 dəqiqə bişiririk, “al dente” vəziyyətinə çatdırıb krevetka və sousla qarışdırırıq. Yekun olaraq doğranmış cəfəri və qırmızı reyhanı əlavə edirik.
Süfrəyə verərkən – boşqaba 2 qaşıq brokkoli kremi, 1 qaşıq kaprino mussu qoyulur. Üzərinə krevetka və qurudulmuş pomidorlarla linqvini qoyulur. Pasta qovrulmuş badam yonqarı və portağal dilimləri ilə bəzədilir.

Buon appetito!
Müəllif: Covanni Tavolaro 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: