Kür çayı sularının gələcəyi ilə bağlı tədbir keçiriləcək

31 yanvar 2019-cu ildə “Şərq Tərəfdaşlığı üçün Avropa Ittifaqının  Su Təşəbbüsü Plyus” (AİST +) layihəsi mütəxəssisləri və su sahəsindəki fəalları onların Kür çayı sularının gələcəyi ilə bağlı fikirlərini öyrənmək üçün toplayacaq. Yığıncaq Azərbaycanın Gəncə şəhərində olan Delux Oteldə keçiriləcək.

AİST+ layihəsi Avropa standartlarına uyğun Kür çayının  Mingəçevir su anbarının bəndindən yuxarıda yerləşən  hövzəsində Çay hövzəsininİdarə Edilməsi Planını hazırlamaq üçün   Azəbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə iş aparır. Plan çay üçün ətraf mühit məqsədlərini və onlara nail olmaq üçün tədbirləri təsvir edəcəkdir. Avropa İttifaqının Su Çərçivəsi Direktivi tərəfindən müəyyən edildiyi kimi, çay hövzəsinin idarə etmə planının hazırlanmasının əsas mərhələlərində ictimaiyyətin məlumatlandırılması və cəlb edilməsi təmin edilməlidir.Çay hövzəsində (15315 km2)  yaşayan  əhalinin rifahı naminə  1,628 milyondan çox insaniçməli suilə  təchiz olunmalı, hövzənin iqtisadiyyatında mühüm rol oynayan kənd təsərrüfatına və sənaye istehsalına, hidroenergetikaya (təmiz enerji)   kifayət qədər su ayrılmalıvə su mühitinin mühafizəsi standartları təmin olunmalıdır.

Bu ilk məsləhətləşmə forumu – hökumət orqanları, hövzə təşkilatları, sudan məişətdə və iş yerlərində  əistifadə edənlər, elmi qurumlar, QHT-lər, jurnalistlər və mütəxəssislər və o cümlədən  yerli ictimai və özəl sektorda çalışan və su sahəsi ilə bağlı olan fəallar da daxil olmaqla 40 nəfəri  toplayaraq, suyun keyfiyyətinin təminatı  sahəsində olan  əsas problemlər, su resurslarının bölüşdürülməsi, içməli suyun təhlükəsizliyi, çirklənmənin azalması və insanların sağlamlığının təmin edilməsi  barədə onların fikirini öyrənmək məqsədi daşıyır.

Bu bir günlük görüş iştirakçılara çay hövzəsi planının hazırlanması prosesində tərəqqini dərindən  qiymətləndirmək, uyğunsuzluqları müəyyən etmək və qarşıdakı məsələlərdən danışmaq imkanı verəcəkdir.Bu dialoq çox vacibdir, çünki nəticələr çay hövzəsi planınınhazırlanmasının növbəti mərhələsində , hədəflərin dəqiqləşdirilməsində və onlara nail olmaq üçün lazım olan tədbir və fəaliyyətlərin  müəyyənləşdirilməsindənəzərə alınacaqdır.

Məsləhətləşmə  üçün təqdim olunan texniki sənədlər nazirlik saytında dərc ediləcək və ümumi ictimaiyyətin şərhlərinə açıqdır. Vətəndaşlar öz fikirlərini elektron poçtla verə bilərlər.

Çay hövzəsinin  idarə edilməsi  planı layihəsi üzrə ikinci məsləhətləşmə mərhələsi 2020-ci ildə təşkil olunacaq.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: