Lev Tolstoy “Dirilmə”.

Dahi rus yazıçısı Lev Tolstoyun son romanı olan “Dirilmə” əsərində o dövrdə Rusiya cəmiyyətində cərəyan edən hadisələr, proseslər canlandırılır.

Əsərdə, əsasən, iki şəxsin – Nexlyudovun və Katyuşanın timsalında insanın mənəvi, psixoloji ölümündən və dirilməsindən, Katyuşanın simasında isə aşağı təbəqədən olan qadınların əzablı taleyindən bəhs olunur.

Dövrün Rusiyasındakı kübar, aristokrat cəmiyyətdə olan çirkinliklər, mənəvi tənəzzül, saxta xoşbəxtliklər və bunun əks qütbündə yer alan kəndçi, yoxsul təbəqədə isə həyatın acınacaqlı üzü yazıçı tərəfindən böyük ustalıqla təsvir olunur.

Əsərdə nəinki yalnız bədii süjet, həmçinin Tolstoyun siyasi-iqtisadi, fəlsəfi, sosioloji və psixoloji məsələlərə özünəməxsus yanaşması da diqqəti cəlb edir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: