“Mastercard” Davosda Azərbaycan Prezidenti İlham Əliyev-lə nağdsız gələcəyin perspektivlərini müzakirə edib

Azərbaycan Prezidenti İlham Əliyev Davosda (İsveçrə) keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Mastercard” şirkətinin baş hüquq məsləhətçisi və françayzinq üzrə direktoru Timoti Mörfi (Timothy Murphy) ilə görüşüb. Görüş zamanı Timoti Mörfi Azərbaycan Prezidenti ilə “Mastercard”ın dünyada həyata keçirdiyi layihələr, həmçinin nağdsız gələcəyin perspektivlərini və onun iqtisadiyyat və vergi sisteminə təsiri barədə müzakirə aparmaq imkanı əldə edib.

Şirkətin son layihələri arasında əsas yeri 2017-ci ildə “Mastercard” və Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən birgə hazırlanan və ölkədə nağdsız transformasiya strategiyasının yaradılmasına yönələn “Nağdsız Azərbaycan yolunda” layihəsi tutur. Layihənin əsas məqsədləri nağdsız ödənişləri və iqtisadiyyatın səmərəliliyini artırmaq və Azərbaycan iqtisadiyyatının inkişafına dəstək olmaqdır. Layihə ölkənin rəqəmsal transformasiyasını və nağdsız ödənişlərə keçməsinə yönələn tədbirlər planını nəzərdə tutur. Nağdsız cəmiyyətdə həyatın üstünlükləri bəllidir, o cümlədən, vergi ödənişlərindən boyunqaçırma hallarının aradan qaldırılması və vətəndaşların daha təhlükəsiz ödənişləri. Eyni zamanda, sübüt olunub ki, elektron ödənişlər iqtisadi inkişafa və maliyyə inteqrasiyasına imkan yaradır. Layihədə nağd iqtisadiyyatın həcmi ifadə olunub, nağd pul vəsaitindən istifadənin əsas səbəbləri qiymətləndirilib və növbəti 5 il üçün Azərbaycanın rəqəmsal transformasiya strategiyasının təməlinin qoyacaq tədbirlər planı hazırlanıb.

Layihənin icrası səkkiz aya yaxın bir vaxtı əhatə edib ki, bu dövr ərzində “Mastercard” və AMB layihəyə Azərbaycanın Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyivə Maliyyə Bazarlarına Nəzarət Palatası kimi dövlət qurumları cəlb ediblər. Bundan başqa, layihə zamanı müəyyənləşən ən yaxşı təcrübələri və nəticələri nümayiş etdirmək üçün Türkiyə və Sinqapura iki səfər təşkil olunub. Növbəti addım qismində layihənin nəticələrinin Dövlət Proqramı formasına çeviriləcəyi gözlənilir.

“Mastercard” rəqəmsal transformasiya və nağdsız cəmiyyət sahələrində Azərbaycanı regionun liderinə çevirmək məqsədilə AMB ilə əməkdaşlıq etməkdən qürur hissi duyur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: