MC&S-in media monitorinq qrupunun mətbuat üçün açıqlaması

MC&S-in media monitorinq qrupu  01-31 dekabr 2016-cı il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  500 on-line media daxil olmaqla  565-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 5 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik.  Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (646 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (2742 məlumat), sığorta şirkətləri arasında PAŞA Həyat  (180 məlumat),  ali məktəblər arasında BDU (1654 məlumat),  otel və biznes mərkəzləri  arasında  Excelsior Hotel Baku (177 məlumat) irəlidədir.

Qeyd edək ki, daha dolğun nəticələr facebook səhifəsində yerləşdirilib:

https://web.facebook.com/MediaConsultingServices/?fref=ts

Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər  news@mcs.az ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.   Onu da qeyd edək ki,  PRA şirkətimizin əsas tərəfdaşıdır və bir çox layihələrdə, o cümlədən media- monitorinq üzrə təhlildə əməkdaşlıq edir.

Media Consulting and Services

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: