Milli idman novü – Avarçəkmə

Binanın möhkəmliyi onun özülünün dərinliyindən asılıdır. Ciddi köklərə söykənən uğur davamlı olur. Bu baxımdan, yarandıqdan bəri qısa zaman kəsiyində Azərbaycan Milli Avarçəkmə Federasiyasının əldə etdiyi uğurlar heç də təsadüfi sayılmamalıdır. Çünki ölkəmizdə avarçəkmənin tarixi ənənələri, kütləvi auditoriyası və böyük nailiyyətləri var.

Kütləvi auditoriyanın formalaşması və nailiyyətlərin əldə olunması ümummilli lider Heydər Əliyevin , tarixi ənənələrin bərpası isə onun layiqli davamçısı İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində mümkün olub. Elçin Zeynalov federasiyanın prezidentidir.

Azərbaycanda avarçəkmə növləri hələ 1936-cı ildən Bakı buxtası akvatoriyasında imkişaf etməyə başlayıb. Bundan üç il sonra üç yaxt-klub istifadəyə verilib. 1960-70-ci illərdə avarçəkmə ilə 11 idman təşkilatı məşğul olurdu. Onlar kütləviliyi və idman ustalarının hazırlığını təmin edirdilər. Lakin Azərbaycan avarçəkənləri 1980-ci ilin aprelində Mingəçevir şəhərində keçmiş Sovet İttifaqı miqyasında birləşmiş ərazi-inzibati eksperimental Olimpiya ehtiyatları mərkəzinin yaradılmasından sonra dünyada şöhrət qazanmağa başladılar. Bu da həmin dövrlərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin digər sahələrə olduğu kimi, idmanın bu növünə də göstərdiyi diqqət və qayğı nəticəsində mümkün oldu.

Keçmiş SSRİ miqyasında yeganə mərkəzləşdirilmiş avarçəkmə bazasının Azərbaycan ərazisində – Mingəçevir şəhərində salınması məhz ulu öndərin səyləri nəticəsində reallaşdı. Bu bazanın özünəməxsus xüsusiyyəti ondan ibarət idi ki, ilin istənilən fəslində hazırlıq prosesi keçməyə imkan yaradan, heç vaxt donmayan Kür çayının üzərində salınmışdı. Ona görə də ilboyu SSRİ yığmasının təlim-məşq bazası kimi istifadə olunurdu. 1980-ci ildən başlayaraq avarçəkənlərimiz nəinki Avropa və dünya çempionatları, hətta Olimpiya Oyunlarında medallar qazanmağa başladılar.

Akademik avarçəkənimiz Vasili Yakuşa 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında gümüş, 1988-ci il Seul Olimpiadasında isə bürünc medal qazandı. Moskva Olimpiadasında baydarka və kanoeçilərimiz Gennadi Kryuçkin, Viktor Pereverzov və Aleksandr Lukyanov, Seul Olimpiadasında isə Aleksandr Lukyanov gümüş medala sahib çıxdı.

1982-ci ildə güləş, cüdo, boks üzrə cəmi 1 beynəlxalq dərəcəli idman ustamız var idisə, avarçəkmədə bu göstərici 7 nəfərə çatmışdı. Məhz möhkəm özülün nəticəsidir ki, hələ 1980-ci illərin sonlarında avarçəkmə növləri üzrə beynəlxalq dərəcəli idman ustalarının sayı ölkənin ümumi beynəlxalq dərəcəli ustalarının 26 faizini təşkil edirdi. Bütün bunlar avarçəkmənin ənənəvi idman növlərimizdən olduğuna dair real faktlardandır.

Baku 2015 Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan qitənin idman tarixinə yeni bir səhifə yazmağı bacardı. Bu yarışda avarçəkmədə hələ yeni olan azərbaycanlı idmançılar bu idman növü üzrə də medalsız qalmadılar. Belə ki, Azərbaycanın medallar sırasını avarçəkmədə əldə olunan 1 gümüş də bəzəyir. Valentin Demyanenko medaçılar sırasına qalxa bildi.

Pərvin Bayramov

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: