Milli ordumuzun yaranmasının 100 illiyi münasibətilə tamaşa oynanılacaq

25 iyun 2018 – ci il tarixindəAzərbaycan Teatr Xadimləri İttifaqının“Mustafa Mərdanov” səhnəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə“Gənclərdə milli ruhun təbliği məqsədi ilə teatr tamaşasının hazırlanması” layihəsi çərçivəsində yaradıcı və istedadlı gənc tələbə aktyor və rejissorların iştirakı ilə vətənpərvərlik mövzusundateatr  tamaşa oynanılacaq.

Ümumilikdə layihənin keçirilməsində məqsəd milli vətənpərvərlik və vətənə sədaqət ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən layihələrə dəstək olmaq, ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş milli qəhrəmanlarımızın tanıdılması, onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidlikləri haqqında tam ətraflı məlumat verməkdən  ibarətdir.

Qeyd edək ki, layihə çərçivəsində hazırlanan “Yarımçıq qalmış” adlı tamaşa Milli ordumuzun yaranmasının 100 illiyinə həsr olunur.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: