Beynəlxalq Muğam Mərkəzində məşhur bəstəkar Emin Sabitoğlunun yaradıcılığı qeyd olunub

Noyabrın 1-də Beynəlxalq Muğam Mərkəzində “ASAN Könüllülər” təşkilatının “Mədəniyyət carçısı” proqramı çərçivəsində və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə xalq artisti, tanınmış bəstəkar, Azərbaycan kinosunun bir çox sevilmiş musiqilərinin müəllifi Emin Sabitoğlunun 81 illiyinə həsr olunmuş konsert keçirildi.
Tədbirin əvvəlində Azərbaycan himni səsləndi.
Tədbiri açan “ASAN Könüllülər” təşkilatının sədri Səbinə Cabbarova öz çıxışında qeyd etdi ki, bu proqram könüllülərin istedadını üzə çıxartmaq məqsədini daşıyır və bununla əlaqədar  müxtəlif təlim, tədbir və konsertlərin keçirilməsi nəzərdə tutulub. O, gənc istedadlı könüllülərə  bundan sonrakı fəaliyyətlərində  uğurlar arzuladı.
Sonra “ASAN könüllülər” təşkilatından iştirakcılar sevimli bəstəkarımız Emin Sabitoğlunun  mahnılarından ibarət konsert proqramı ilə çıxış etdilər.
Gecənin sonunda iştirakçılar diplomlarla təltif olundular.
Xatırladırıq ki, noyabrın 6-da saat 19:00- da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində “Yada düşər xatirələr” adlı konsert keçiriləcək.

Biletləri  şəhərimizin kassalarında, ASAN xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: