Beynəlxalq Muğam Mərkəzində əfsanəvi Roy Young “King of Blues” qrupu ilə çıxış edəcək

Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzində caz, bluz və ruhun əfsanəvi müğənnisi Roy Young “King of Blues” qrupu ilə çıxış edəcək.

Roy Youngın yaradıcılığı , günəşli New Orleans cazının 50-60 –cı illərdə bir çox bluz caz ifaçılarının əsərləri ilə zəngindir. O, dünyanın ən yaxşı ifaçılarından  böyük James Brown, Ray Charles, Bill Kobham, Billy Sheppard, Johnny Micchel ilə çıxış etmişdir.

Tamaşaçı ilə dərin ünsiyyət quran, maraqlı səsə, açıqlıq və yumşaq yumoru hissinə malik müğənni hər bir fəaliyyətini inanılmaz, parlaq bir şouya çevirməyi bacarır. Onun yaradıcılığında  ən lirik əsərlər belə  caz və bluz ritmləri ilə maraqlanan tamaşaçıları rəqs etməyə sövq edir.

Bu gün Roy Young yarım əsrdən çox  yüksək karyeraya malikdir, dünyanın ən yaxşı caz festivallarında müntəzəm qonaq kimi çıxış edir.

Konsert saat 20: 00-da başlayır.

Biletləri şəhərimizin mərkəzləşdirilmiş kassalarından, “ASAN” xidmət mərkəzlərindən  və İticket.az saytından əldə etmək olar.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: