“Molotov gülabı” təqdim olundu-FOTO-lar

Martın 4-də ARTIM Layihə Məkanında Fərhad Fərzəliyevin “Molotov gülabı” adlı fərdi sərgisinin açılışı baş tutdu.

Xatırladaq ki, Gənc Azərbaycan rəssamı Fərhad Fərzəliyevin “Molotov gülabı” adlı fərdi sərgisi özündə kimya elmi ilə yaradıcılıq təcrübəsini birləşdirən eksperimental layihədir. Rəssam öz doğma babasından, məşhur Azərbaycan kimyaçı alimi Yusif Məmmədəliyevdən (1905, Ordubad, Naxçıvan – 1961, Bakı, Azərbaycan) ilhamlanaraq layihəni ərsəyə gətirib. İstedadlı kimyaçı, alim, yenilikçi, toluolun və yüksək oktanlı yanacağın sənaye istehsalının təşkilatçısı Y. Məmmədəliyev poeziya sənətini sevməklə bərabər, özü də gözəl şeirlər yazmışdı. Y.Məmmədəliyevin II Dünya müharibəsi zamanı alman tanklarına qarşı mübarizəyə töhfəsi də böyükdür. Alim bu tanklara qarşı çox təsirli vasitə – onun metodu ilə sintezləşdirilmiş yanacaq qatışığı təklif edir. Hər hansı tankın alovlanması üçün 200 millilitr belə yanacaq qatışığı kifayət idi. SSRİ-də tankları məhv etmək üçün belə bir vasitənin ixtira olunduğunu ilk dəfə SSRİ xarici işlər naziri Vyaçeslav Molotovdan eşidən Britaniyanın baş naziri Uinston Çörçil bu yanacağı obrazlı şəkildə “Molotov kokteyli” adlandırdı.

Sərgidə qızılgül suyu (gülab) ilə doldurulmuş “Molotov kokteyli”nə bənzər butulkaların divarlara çırpılaraq poeziya performansı nümayiş olunur. Açılışdan fotoları sizə təqdim edirik.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: