Mon Guerlain: yeni ətrin sirrli inqredientləri

Guerlain ətriyyat tarixi kitabına yeni başlıq yazmağa söz verən ətrin yaranmasının sirrlərini aşkar edir. 

Evin beşinci ətriyyatçısı, Yeni Guerlain qadın ətrinin partiturasının müəllifi Tyerri Vasser üçün ətriyyat kompozisiyasının hazırlanması nadir inqredientlərin sirrli proporsiyalar ilə işlənməsindən ibarət olmamalıdır. 

«MON Guerlain – bu, əsasında əsl şedevrlərin yarandığı əsl insani münasibətlərin konsentratıdır”- Tyerri Vasser

Taityan vanili Guerlain kompozisiyası üzərində işin göndəriş nöqtəsi oldu. Əfsanəvi Guerlain əsərlərinin əvəzolunmaz inqredient-fetiş Jicky, Shalimar və Habit Rouge kimi ətirlərin tərkibinə daxildir. 

Kişi ətriyyatının klassik inqredienti Lavanda karla taityan vanilinin güclü cazibəli akkordu ilə birləşir. Lakin bu harmoniya üçün Guerlain ətriyyat yaradıcılığının ənənələri və yüksək tələblərinə cavab verən unikal olfaktiv xüsusiyyətlərə malik olan nadir xüsusiyyətli qeyri-adi lavandanı tapmaq lazımdır. 

Çiçəkləri gün doğanda toplanan Jasmin sambak, sanki günəş doğması ilə zərifliyin oyanmasını xatırladır.

Ağ səndəl özündə hər bir qadının daxili zənginliyini əks etdirir. Bu ağac gücləndirir və əbədi zərifliyin sirrini gizlədir.
Bu gün o, Evin yeni möhtəşəm əsərini-MON Guerlain ətrini təqdim edir. 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: