Moskvada Azərbaycan himni səsləndi, bayrağımız yüksəldi

Azərbaycan Çempionları və Kəpəz Kubokunun sahibləri Moskvada keçirilən Avropa Çempionatına müasir və folklor rəqsləri üzrə yarışmaya qatıldılar.

Emil Pənahovun şagirdləri – “Alov” kollektivi üç kateqoriyada təqdim olundular. Birinci kateqoriya duet mini kidz “ Sudan Gələn” rəqsi, ikinci kateqoriya duet yunior “ Naz Eləmə” rəqsi, üçünçü kateqoriya folklor stlizasiya ansambl ( 9 nəfər ) “Sarı Gəlin” rəqsi ilə.

Müsabiqənin nəticələrinə görə “Sudan Gələn” rəqsi Avropa Çempionatında birinci yerə laiq görüldü. “Naz Eləmə” rəqsi üçüncü yerə. “Sarı Gəlin” rəqsi isə ikinçi yerə laiq görüldü.

“ Nəticələr çox qənaət bəxşdir! Rusiya, Belçika, Şotlandiya, Çexiya, Polşa, Qazaxıstan, Ukraina və bir çox başqaları ilə folklor rəqslərində rəqabət aparmaq. Finala keçib öndə olan yerləri tutmaq bizim üçün çox sevindirici haldır. Bizim rəqqasların ruh yüksəkliyi, özlərinə inamı həmçinin bədii rəhbərləri olan Emil Pənahovun bacarığı və məktəbin direktoru Əziz Qarayusiflinin onlara inamı qalib olmağa inamlarını dahada artırdı. Biz yalnız finalda deyil, həmçinin digər iki rəqsdə də fəxri kürsüyə qalxdıq.  Video görüntüdən gözə bilərsiz ki, “Paris”mərkəzində Avropada bütün tamaşaçılar milli himnin sədaları altında Azərbaycan rəqqaslarını əyaq üstə alqışlayırdılar. Bir daha bu gözəl nəticə ilə bütün komandanı təbrik edirəm!
Rəqs Federasiyası və Dünya İncəsənət və Rəqs Federasiyasının ( WADF (World Art & Dance Federation ))  rəhbərliyi ilə əvəlcədən danışıqlar əsasında , Azərbaycanda Folklor və Xalq İncəsənət Dünya Çempionatına ev sahibliyi etmək hüququ verildi. Bu möhtəşəm tədbirin tarixi ilə bağlı danışıqlar Avropa Çempionatından dərhal sonra başlayacaq.” – Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov dedi.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: