Mövsümün şahı olan xurma

Xurma mövsümündəyik, ona görə də bu gözəl meyvənin faydaları barədə əlavə məlumat almağa dəyər.

Xurma nə üçün ağız büzür?

Bu effekt yetişməkdə olan meyvələrdə yüksək səviyyədə tanin maddəsinin olması ilə əlaqədardır. Tanin meyvə yetişdikcə yoxa çıxır. Məhz bunun üçün yarpaqları azca qurumuş açıq narıncı rəngdə tam yetişmiş, yumşaq xurmaları almaq məsləhət görülür. Xurma yenə bir qədər ağız büzərsə onu dondurduqda bu xüsusiyyət yoxa çıxır.

Yod mənbəyi

Müasir həyatda təəssüf ki çox zaman yod kimi vacib bir elementin çatışmamazlığı ilə üzləşirik. Məhz yod qalxanabənzər vəzinin düzgün fəaliyyəti üçün lazımdır və yod çatışmamazlığı bir sıra ağır xəstəliklərə səbəb ola bilir. Qeyd etmək yerinə düşər ki, yod orqanizm tərəfindən ifraz olunmur, buna görə də qida ilə lazımi miqdarda yod qəbul etməyimiz vacibdir. Xurma məhz bu mikroelementin ən əsas mənbələrindən biri hesab olunur.

Ürək və damarlar üçün xeyirli

Xurma ürək və qan-damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün əsl dərmandır. Birincisi, bu dadlı meyvələr kalium mənbəyidir, o da öz növbəsində ürək əzələsinin işinə yardım edir. Yüksək səviyyədə şəkər isə bu ürək əzələsinin qidalanmasına kömək edir. Bundan əlavə xurma C və P vitaminləri ilə zəngindir ki, bunlar da birlikdə damarlara müsbət təsir edir və bərkidir. Həkimlər ateroskleroz və varikoz xəstəliklərindən əziyyət çəkən insanlara bu meyvədən bolluca qidalanmağı məsləhət edirlər.

Arıqlamaq üçün köməkçiniz

Xurma arıqlamaq arzsunda olan şirinsevənlər üçün əsl göydəndüşmə bir meyvədir. Ortalama bir meyvədə 60 kilokalori olur, lakin yüksək miqdarda qlükoza və sellüloz tez bir zamanda toxluq hissi yaradır və bu hiss də uzun zaman davam edir.

Bunu da unutmayaq ki, eqzotik meyvə yüngül sidikqovucu effektə də malikdir, bu da öz növbəsində orqanizmdə yığılan artıq mayelərin bədəndən xaric edilməsinə və şişlərin çəkilməsinə kömək edir. Sonuncu qeyd edilən problemlər atıq çəkili və düzgün qidalanmayan insanlarda daha çox üzə çıxır. Günə ərzində bir qida qəbulunu, məsələn səhər və ya axşam yeməyini xurma ilə əvəz edin və artıq bir neçə gündən sonra təsirini hiss edəcəksiniz.

Ümumi möhkəmləndirici vasitə

Əgər payız-qış aylarında xroniki halsızlıq hiss edirsinizsə öz qida rasionunuza xurma əlavə edin. Bu meyvə güclü canlandırıcı və möhkəmləndirici təsirlərlə işgörmə qabiliyyətini artırır. Bundan əlavə tərkibində yüksək miqdarda dəmirin olması onu anemiyadan əziyyət çəkən insanlar üçün faydalı edir. Bir faktı da nəzərə alın – əgər sizdə şəkərli diabet və ya piylənmə varsa bu meyvənin qəbulu ilə bağlı həkimlə məsləhətləşmək vacibdir.

Bakteriya əleyhinə təsiri

Əlavə qeyd etmək yerinə düşər ki, xurma güclü bakteriya əleyhinə təsirə malikdir və bu əsasən bağırsaq çöpü, qızılı stafilokokk baketiryalarına aiddir. Sonuncu bildiyimiz kimi əhalinin 40%-nin orqanizmində mövcud olur. Orqanizm tez-tez baş verən infeksiyalardan zəifləyibsə, və ya pasient cərrahiyə əməliyyatından sonra bir müddət xəstəxanada  yatıbsa bu zaman xurmanın qəbulu məqsədəuyğundur.

Böyrəklərin sağlamlığı

Artıq qeyd etdiyimiz kimi xurmanın sidikqovucu xüsusiyyəti var. Tərkibindəki maqnium isə natrium duzlarını çıxarmaqla böyrəklərdə daş əmələ gəlməsi riskini azaldır. Növbəti dəfə şişkinlik nəzərə çarparsa, aptekə sidikqovucu ardınca tələsməkdən öncə blenderdə xurmanın ləti ilə südü qarışdırın, sonra da azca vanilli dondurma əlavə edib ləzzətli kokteyl hazırlayın.

Güclü antioksidant

Parlaq narıncı rəngə görə xurma tərkibində beta-karotinin olmasına borcludur. Bu maddə tək görmə qabiliyyətinə müsbət təsir göstərmir, eləcə də azad radikallarla mübarizə apararaq qocalmağın qarşısını alır və onkoloji xəstəliklərin yaranması riskini azaldır. Bu xeyirli meyvə əlavə olaraq C vitamini, alma və limon turşuları ilə də zəngin olmaqla beta-karotinlə yanaşı güclü antioksidant təsirə malikdir. Məhz bu elementlər dərinin cavanlaşmasına kömək etməklə onu ən çox qadınlar arasında populyar edir.

Analar və uşaqlar üçün

Hamiləlik dövründə gələcək analar öz qida rasionlarına yenidən baxış keçirməklə daha çox vitaminli və mikroelementli yeməklərə üstünlük verirlər. Xurma məhz bu meyvələr sırasındadır. Amma onun gələcək analar üçün ən əsas xeyiri tərkibində kalsiumun olmasıdır. Kalsium rüşeymdə skeletin formalaşması və bu məsuliyyətli mərhələdə qadının sağlamlığının qorunması üçün çox vacibdir. Lakin əmizdirmə mərhələsində xurmanın qəbuluna xüsusi fikir vermək lazımdır, əks halda bu yeni doğulmuş uşaqlarda diatez xəstəliyinə səbəb ola bilər. Açıq aydın faydalarına baxmayaraq pediatorlar 3 yaşınadək uşaqlara xurma verilməsini məsləhət görmürlər.

Payız-qış mövsümü süfrələrinin bəzəyi

Məqalənin əvvəlində yetişmiş xurmanı düzgün seçmək qaydalarından bəhs etdik, indi isə onun kulinariyada istifadəsindən danışaq. Burada seçim doğrudan da çoxdur, çünki bu meyvə, məsələn yoqurt və ya neytral dadlı dondurma ilə birlikdə əla desert ola bilər. Xurmanı adi tərəvəz salatına da əlavə etmək olar.

Başqa bir variant – xurma və pendir əsaslı sousa bir qədər narıngi və limon şirəsi əlavə edib bal qatmaq. Əsl qurmanlar üçün isə xurma ilə pörtülmüş əti məsləhət bilirik.

Maraqli.info

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: