“Mozaik Qrup” Bakı Şopinq Festivalına gəldi!

“Mozaik Qrup” şirkəti Şopinq Festivalına qoşularaq Azərbaycan vətəndaşları və şəhərimizin qonaqlarına mayın 10-dək Port Baku, Gənclik Mall və Park Bulvarda yerləşən “Karen Millen”, OASIS, “French Connection”, LKBennett mağazalarında seçilmiş mallara 30%-dək endirim təqdim ediləcək, eləcə də, ƏDV-ni geri almaq mümkün olacaq.

Festivala qoşulmuş mağazalar xarici turistlərə və Azərbaycan vətəndaşlarına sərfəli şərtlərlə öz mallarını təklif edəcəklər. Bakı Şopinq Festivalı çərçivəsində alıcılar “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/  linkində tanış olmaq olar.

Sevdiyiniz, bəyəndiyiniz malları  sərfəli qiymətlərlə əldə edib üstəlik  ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı  mağazalarda alış-veriş etməyə tələsin!

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: