Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” adlı layihənin maraqlı konserti keçirilib

Oktyabrın 2-də,Beynəlxalq Muğam Mərkəzində,Azərbaycan Televiziyasının “Yaradanlar və yaşadanlar” adlı verilişinin maraqlı konserti bəstəkar Hacıbaba Həsənovun həyat və yaradıcılığına həsr edilib.
Konsert Mədəniyyət Nazirliyinin dəstəyi,Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində reallaşıb.

Gecədə Xalq artistləri Aygün Bayramova “Unuda bilmirəm”,Gülyaz Məmmədova “Tarçalan oğlan”,Əməkdar artistlər Almaz Orucova ”Yağma yağış”,Ehtiram Hüseynov “Eşqimin növrağı”,Azərbaycan Televiziyası və Radiosunun solistləri Rövşən Əziz “Ara məni sevgilim”,Rəvanə Əmiraslanlı “Xatirələr” ,Sədəf Budaqova”Bənövşə” mahnılarını ifa ediblər.
İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə “Səadət” instrumental ansamblı müşayiət edirdi.
Həmçinin konsertin son nömrələrindən biri olan “Mənim səsim” mahnısı Gülyaz Məmmədova,Rəvanə Əmiraslanlı və Sədəf Budaqovanın ifasında tamaşaçılara təqdim olunub.

Konsertin aparıcısı,Əməkdar artist Rəşad İlyasov,professor Vidadi Xəlilov,Slavyan Universitetinin dosenti Almaz Məmmədova və bəstəkarın qızı Gülbəniz Mehdiyeva Hacıbaba Həsənovun həyat və yaradıcılığından danışaraq,onunla bağlı xatirələrini bölüşüblər.
Konsert maraqla və alqışlarla qarşılanıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: