“Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert təqdim edilib

Beynəlxalq Muğam Mərkəzi “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert təqdim edib
Qızıldaş Qəsəbə Mədəniyyət Mərkəzində “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert təşkil edilib.

Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə həyata keçirdiyi layihəsi çərçivəsində növbəti konsert qəsəbə sakinləri tərəfindən maraqla qarşılanıb. Konsertdə Beynəlxalq Muğam Mərkəzinin solistləri , gənc xanəndələr Könül Xəlilzadə, Nisbət Sədrayeva və Elgiz Əliyev “Segah”, “Mahur”, “Şur” muğamları və təsnifləri ilə çıxış ediblər. İfaçıları tarzən Əmrulla Əliyev və kamança ifaçısı Fərrux Haşımlı müşayiət edib.

Qeyd edək ki, bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihə ilin sonuna kimi davam edəcək. Əsas məqsəd milli mədəni irs nümunəmiz və orijinal musiqi mədəniyyətimiz olan Azərbaycan muğamlarını təbliğ etmək, muğamın fəlsəfi dünyasından bəhrələnmək və tamaşaçıların asudə vaxtını məqsədyönlü təşkil etməkdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: