“Multikultural və dadlar”

Dekabrın 14-də Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasının 5 illiyi və ölkəmizdə “Multikulturalizm ili” nin başa çatması münasibətilə “Multikultural və dadlar” adlı tədbir keçirildi.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, turizm ictimaiyyətinin və ölkəmizdə akkreditə olunmuş bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri həmçinin Milli Kulinariya Mərkəzi iştirak etmişdir.
Tədbirdə Bakı Turizm Peşə Məktəbinin direktoru Neylüfər Kərimova məktəbin fəaliyyəti və gələcək planları barədə məlumat verib.
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan multikulturalizmin dünya modelləri arasında xüsusi yer tutduğunu, multikulturalizmin siyasi, mədəni, ədəbi qaynaqlarının çox zəngin olduğunu bildirib. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq bir neçə rayonda peşə məktəbləri açılacağını qeyd etmişdir.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımızın multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xəttin hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyini və bu istiqamətdə addımların davamlı xarakter daşıdığını vurğulamışdır.
Sonra Bakı Turizm Peşə Məktəbinin nümayəndələri mükafatlandırılıblar.
Mərasim bədii hissə ilə davam etdirilib.
Tədbirdə daha çox nəzərə çarpan ATMU tələbələri tərəfindən böyük həvəslə hazırlanan stendləri olmuşdur. Stendlərdə müxtəlif xalqların mədəniyyəti, mətbəx motivləri və yeməkləri, xalqların adət ənənələrini əks etdirən libaslar incəlik və zövq ilə təsvir olunmuşdur. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: