Bakının ən dəbli “Ana-bala”sı seçiləcək – MÜSABİQƏ

1 İyun 2019-cu il tarixində Dubai İnternational Otel-də (ex.Monolit Plaza) Bakının Ən Dəbli “Ana-bala” Moda (Best Mom Prince Princess) müsabiqəsi təşkil olunacaq.

Təşkilat komitəsindən  verilən məlumata görə artıq 6-cı dəfə reallaşacaq layihə Günay Vəliyeva tərəfindən Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir. Layihənin keçirilməsində məqsəd iştirakçılarda mənəvi-estetik mədəniyyətin inkişafına dəstək, öz geyim ideyalarının nümayişi və modelləşdirməyə marağın artırılması, “Ana-bala dəbi” üzrə valideynlərin zövqlərinin daha da formalaşdırılması və ən əsası uşaq-valideyn bağının bir formasının da geyim olduğunu göstərməkdir.

Müsabiqədə iştirak edən “Ana-oğul” və ya “Ana-qız” cütlüklər öz zövqlərinə uyğun hazırladıqları dəst geyimdə layihəyə qatılacaqlar. Qeyd edək ki, yaş məhdudiyyəti olmadığı üçün valideynlər istənilən yaşda olan övladları ilə layihəyə qatıla bilər.

Münsiflər heyətində yer alacaq modelyer-dizaynerler və ictimai simalar qiymətləndirmə apardıqdan sonra ilk 3 yerin qalibləri şəffaf qiymətləndirmə sistemi ilə müəyyən edilərək mükafatlandırılacaqlar. Digər iştirakçılar da xatirə olaraq hədiyyə və diplom qazanacaq, nominasiyalarla təltif ediləcəklər.

Tədbir musiqili-əyləncəli xarakter daşıyır.

Qeydiyyat üçün rəsmi instagram səhifəsi və əlaqə telefonu: best_mom_prince_princess, 0503960021
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: