Musiqili Teatr xarici qonaqların diqqət mərkəzində…

Türkiyənin Kocaeli Universitetinin professoru Sema Göktaş və həyat yoldaşı – “Yeni Tiyatro” jurnalının təsisçisi və baş redaktoru Erbil Göktaş Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Teatrın mətbuat xidmətindən Frame.az-a bildirilib ki, səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib.

Türkiyəli qonaqlara teatrın yaranma tarixi, 109 illik yaradıcılıq yolu, inzibati binası, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə burada aparılan mükəmməl təmir işləri barədə məlumat verilib, onlar sənət ocağındakı mövcud şəraitlə yaxından tanış olublar.

Teatrın repertuarında olan tamaşalarla maraqlanan Sema və Erbil Göktaşlar Musiqili Teatrın möhtəşəm səhnəsində milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə “Toya bir gün qalmış” tamaşasına baxıblar. Bu səhnə əsərinin quruluşunu çox bəyənən hər iki tanınmış qonaq heyranlıqlarını gizlətməyiblər, növbəti səfərlərində də Musiqili Teatra gəlmək, tamaşaları seyr etmək niyyətlərinin olduğunu bildiriblər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: