Musiqili Teatrda “Nəsimi” kompozisiyasının təqdimatı keçiriləcək

Dekabrın 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” kompozisiyasının təqdimat mərasimi olacaq.

Teatrın mətbuat xidmətindən Frame.az-a bildirilib ki, layihənin bədii rəhbəri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Nəsimi obrazının ifaçısı, teatrın solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyevdir. Balet kompozisiyanın quruluşu da Emin Əliyevə məxsusdur.

Kompozisiyasının quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.

Bu klip “Nəsimi ili”nə teatrın böyük hədiyyəsi olacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!