“Nar”-dan 40 qəpiyə bütün istiqamətlərə günlük 20 dəqiqə

“Nar” yeni “Əlavə dəqiqələr” paketini təqdim etdi. Təklif sayəsində artıq cəmi 40 qəpiyə günlük 20 şəbəkəxarici dəqiqə əldə etmək mümkündür. Bu paketlə 1 dəqiqəsi 2 qəpik olmaqla şəbəkəxarici zəng etmək olar. Paket gün ərzində istənilən sayda sifariş edilə bilər.“Əlavə dəqiqələr” paketinə qoşulmaq üçün 40 yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#40#YES şifrəsini yığmaq lazımdır.

“Əlavə dəqiqələr” haqqında məlumat əldə etmək üçün *777#20#YES şifrəsini yığmaq və ya “I” yazıb 777-yə göndərmək, avtomatik aktivləşməni dayandırmaq üçün isə *777#740#YES yığmaq və ya “STOP40” yazıb 777 nömrəsinə göndərmək lazımdır.

“Nar” sərfəli qiymətə yüksək keyfiyyət prinsipinə sadiq qalaraq, bir-birindən fərqli təkliflərlə abunəçilərinin mobil rabitə tələblərini qarşılamağa davam edir. Gücləndirilmiş “Nar” şəbəkəsi sayəsində mümkün olan bu təkliflər müxtəlif kateqoriyalardan olan “Nar” abunəçilərinin istəkləri nəzərə alınaraq irəli sürülür. Hazırda mobil operatorun şəbəkəsi ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: