NAYORA-nın XVI Hesabat-Seçki Qurultayı keçirilib

Frame.az xəbər verir ki, 11 oktyabr 2019-ci il tarixində Bakı Gənclər Mərkəzində ölkənin ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XVI Hesabat-Seçki Qurultayı keçirilib. Qurultayda dövlət rəsmiləri, beynəlxalq və yerli qurumların nümayəndələri, Milli Şuranın üzvü olan gənclər təşkilatlarının rəhbər və səlahətli nümayəndələri və media nümayəndələriiştirak edib.

Qurultay NAYORA-nın seçkili orqanlarına (Sədr, Sədr müavinləri, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və İdarə Heyətinin üzvləri) vakant vəzifələrinə seçkilər keçirmək,NAYORA-nın son seçki dövrü ərzində fəaliyyəti ilə bağlı hesabat vermək məqsədi ilə həyata keçirilib.

Qurultay Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Rəsmi hissədə ilk öncə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidovanın açılış nitqi olub. Daha sonra ARGTMŞ-nın 2018-2019-cu il üzrə Hesabat Video Çarxı nümayiş olunub. ARGTMŞ-nın baş katibi Hüseyn Məmmədov tərəfindən Milli Şuranın 2018-2019-cu illər üzrə fəaliyyət hesabatı təqdim olunub. Təqdimatda bu illər ərzində həyata keçirilən layihələr, tədirlərdən, onlayn kampaniyalardan, beynəlxalq səfərlərdən danışılıb. 1 il ərzində sosial şəbəkələr vasitəsi ilə təşkilatın fəaliyyətini 30 000-əyaxın gənc izləyib. Daha sonra baş katib ARGTMŞ-nın veb saytının yenilənmiş versiyasının təqdimatını nümayiş etdirmişdir.
Hesabatdan sonra rəsmilərin çıxışları dinlənilib. İlk öncə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə iş sektoru müdiri Fuad Babayev çıxış edib. Daha sonra Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov çıxış edib.

Rəsmilərin çıxışlarından sonra NAYORA-nın sədrliyinə namizədlərin çıxışı dinlənilib. Tədbirin növbəti hissəsində Milli Şuraya sədr,büro üzvləri və Mərkəzi Nəzarət-Təftiş Komissiyasına namizədlərin səsverməsi baş tutub. Səsvermə nəticəsində Məryəm Məcidova yenidən sədr seçilib.

Daha sonra Qurultay çərçivəsindəcari məsələlər müzakirə olunub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunub. Gənclər Təşkilatları Milli Şurası öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: