ÖLKƏ KUBOKU 1/4 FİNAL CAVAB OYUNLARI

Ölkə Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Neftçi – Zirə 2:0 (ilk görüş 0:1) Qollar: H.Barqas 36 (0:1); M.Abbasov 45 (2:0). “Neftçi” “Bakcell Arena”da Zirə’ni qəbul edib. Qeyd edək ki, bu komandalar arasında Zirə’də keçirilən ilk qarşılaşmada meydan sahibləri qələbəyə sevinən tərəf olmuşdular. Yarımfinala çıxmaq üçün “Zirə” komandasına qapısına toxunulmazlığını saxlamaq kifayət edirdi. Oyunun 22-ci dəqiqəsində Rəhman Hacıyev rəqib müdafiəçi ilə mübarizədə yerdə qalsa da, hakim Fariz Yusifov’un qərarı davam oldu. 36-cı dəqiqədə “Neftçi” komandası hesabı açmağa müvəffəq oldu. Emin Mahmudov’un qapı qarşısına etdiyi ötürmədən sonra Argentinalı forvard Huqo Barqas topu tora qovuşdurdu 1:0. Hissənin tamamında “Neftçi” komandası ikinci topu Zirə’nin qapısından keçirib. İlk hissədə komandasının oyunundan narazı qalan Ayxan Abbasov ikinci yarıya əvəzetmə ilə başladı. İlk yarıda zəif təsir bağışlayan David Manqa’nın əvəzinə Vüsal İskəndərli meydana daxil oldu. Hücumlarının kəsərini artıran qonaqlar 53-cü dəqiqədə fərqlənməyə yaxın olsalar da, Milan Duriç’in uzaq məsafədən endirdiyi zərbə qapıdan azca aralı keçib. Oyunun qalan dəqiqələrində “Zirə” nə qədər çalışsa da, hesab dəyişmədi. İki oyunun cəminə görə 2:1 hesabı ilə məğlub olan “Zirə” komandası mübarəzəni erkən dayandırmalı oldu. Kəpəz – Keşlə 2:3 (ilk oyun 0:2) Qollar: M.Abbasov 34 (0:1);Ş.Rəhimov 48 (1:1);K. Abdullazadə 81 (2:1); P.Fərcad-Azad 82 (2:2); M.Abbasov 85 (2:3); “Kəpəz” ilk görüşdə olduğu kimi cavab qarşılaşmasında da, rəqibinə məğlub olub. Səbail – Qəbələ 2:4 ( ilk oyun 0:1) Sumqayıt – Qarabağ 2:0 (ilk oyun 1:2).

Frame.az PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: