«Сказання про азербайджанську кухню» kitabının təqdimat mərasimi keçirilib

07 İyun 2018-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanovun müəllifliyi ilə ərsəyə gəlmiş və “SAVALAN” şərablarının istehsalçısı “ASPİ AQRO” MMC – in sponsorluğu ilə Ukraynada ” Dostluq” cəmiyyəti tərəfindən nəşr olunmuş «Сказання про азербайджанську кухню» kitabının təqdimat mərasimi keçirildi.
Qeyd edək ki, T. Əmiraslanovun «Сказання про азербайджанську кухню» kitabı Xarkov vilayəti Azərbaycan – Ukrayna “Dostluq” Cəmiyyəti tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Ukrayna dilində nəşr olunub.
«Сказання про азербайджанську кухню» kitabında dastanlar müxtəlif səpgilərdə, müxtəlif stillərlə, müxtəlif kontekstlərlə verilib. Yazılarda Azərbaycan mətbəxi, mədəniyyəti tərənnüm edilib. Kitabda lavaş, kabab, böyrək, dolma, dönər, küftə, xaş, plov, xəngəl, paxlava həmçinin samovar və armudu stəkan haqqında dastanlar yer tutub.
Bu layihənin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının çox əsrlik milli və mədəni ənənələrinin qorunması, Ukrayna və Azərbaycan mədəniyyətinin yaxınlaşması, Azərbaycan milli mətbəxi haqqında daha geniş məlumatı ukraynalı oxucuya çatdırmaqdı.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elçin Soltanov, Ukraynanın Azərbaycandakı səfirliyinin konsulu cənab Oleksandr Senchenko, millət vəkili Qənirə xanım Paşayeva, Ukrayna “Dostluq” Cəmiyyətinin sədri Murad Ömərov, Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və qeyri – maddi mədəni irs sektorunun məsləhətçisi Şəfiqə xanım Muradova , Azərbaycan Ukraynalılar Konqressi sədr müavini Petr Petroviç Qurtovenko, Slavyan Universitetinin əməkdaşı Yaqut xanım Baxışova, “SAVALAN” şərablarının istehsalçısı “ASPİ AQRO” MMC – nin nümayəndəsi – Könül xanım Kərimova çıxış etilər.
Kitabın ön sözü Xarkov vilayəti Azərbaycan – Ukrayna “Dostluq” Cəmiyyətinin sədri texniki elmlər doktoru, professor Murad Ömərova, prof. texniki elmlər namizədi Xarkov İctimai İaşə və Ticarət Universitetinin rektoru O. İ Çerevko və prof. texniki elmlər namizədi, Xarkov Texniki İqtisad kollecinin direktoru, Ukrayna kulinariya Assosiasiyasının vitse prezdenti L.O Radçenkoya məxsusdur.
Kitab ali məktəb, ixtisas məktəbləri, mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabın ilkin təqdimatı Xarkovda keçirilib.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının nəzdində olan Kulinariya şurası qarşısında imtahan verərək ixtias dərəcələrini artıran aşpazlara diplomları təqdim olundu:
1. Araz Əhmədov – usta dərəcə
2. Seymur Cavadov – usta dərəcə
3. Ağayev Rəşad – VI dərəcə
4. Salamov Ağa – VI dərəcə

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: