“Öyrənmənin Qiymətləndirilməsi” adlı III Beynəlxalq Konfransa əsas məruzəçi Birləşmiş Krallıqdan dəvət olunub

AMİM tərəfindən 16-17 noyabr tarixlərində keçiriləcək “Öyrənmənin Qiymətləndirilməsi” adlı III Beynəlxalq Konfransa Birləşmiş Krallıqdan dəvət olunan əsas məruzəçi – Endi Qriffiti sizə təqdim edirik.

Endi Qriffit Şimali Londonun Edmonton əyalətində anadan olmuş, hal-hazırda isə Liverpulda yaşayır. Orta məktəblərdə 12 il işlədikdən sonra, müxtəlif sahələrdən çalışan gənclərin tam potensialını üzə çıxarmasına dəstək olmaq üçün təhsil təlimçisi və məsləhətçisi kimi çalışmağa başlamışdır. O, həmçinin, Mersisayd (Mersiside)məktəbində yarımştat müəllim kimi fəaliyyət göstərir.

Endi həm müəllimlər, həm də tələbələr üçün təlim proqramları hazırlamaqda ixtisaslaşmışdır.
Endi nüfuzlu Times Education Supplement (TES) School Awards tərəfindən tanınmış və İngiltərədə qırxdan çox məktəbə Ofsted səviyyəsində irəliləməyə kömək etmiş Tədrisdə Nümunəvi Müdaxilə (Outstanding Teaching Intervention) proqramının yaradıcısıdır.

Odur ki, Endi Qriffit və digər tanınmış təhsil ekspertlərinin öz zəngin təcrübələrini bölüşəcəkləri çıxışları canlı olaraq dinləmək şansını əldən vermək istəmirsinizsə elə indi qeydiyyatdan keçin. Ödəniş və qeydiyyatı ən asan şəkildə, internet vasitəsilə online həyata keçirə bilərsiniz.
http://conference-2018.azteachers.az/az/

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: