Özgəsinə quyu qazan özü düşər

Gənc amerikalı Ronald Opus intihar etməyə qərar verir. Ölüm qabağı yazdığı məktubunda o, bu addımı maliyyə problemlərinin olduğu və valideynləri ilə aralarında anlaşılmazlıq olduğu üçün atdığını qeyd etmişdi.

Məktubu yazdıqdan sonra mister Opus pəncərəyə çıxır və özünü doqquzuncu mərtəbədən atır. Əgər o, binada hər gün işləyən pəncərə təmizləyənlərin yeddinci mərtəbədə təhlükəsizlik toru quraşdırdıqlarını bilsəydi, yəqin ki, özünü doqquzuncu mərtəbədən atmazdı. İki mərtəbə düşdükdən sonra o, sadəcə olaraq sağ qalacaqdı. Lakin möcüzəvi bir hadisə baş verir. Ronald səkkizinci mərtəbənin qarşısından düşərkən başından güllə yarası alır. Polis cəsədi tordan çıxardıb şəxsiyyətini təyin etməyə çalışdıqları vaxt detektivlər güllə atanın təsadüfən adam öldürmə cinayətində günahlandırmasını tələb edirlər. Əgər səkkizinci mərtəbənin sakini atəş açmasaydı, Ronald Opus tora düşüb sağ qalacaqdı.

Cinayət işinin gedişatında digər faktlar üzə çıxır. Məlum oldu ki, səkkizinci mərtəbənin sakini qoca bir kişi öz həyat yoldaşına atəş açıb, lakin güllə ona deyil, pəncərəyə dəyib. Bu zaman detektivlər qoca kişini həmçinin sui-qəsddə (həyat yoldaşına qarşı) ittiham edilməli olduğunu iddia edirlər. Yaşlı cütlüyün ifadə verdiyi zaman qoca kişinin qəzəbləndiyi vaxt yoldaşını qoxutmaq üçün doldurulmamış tüfəngdən havaya güllə açdığını bəyan etmişdilər. Cütlük tüfəngin hər zaman divardan asıldığını və heç kəsin onu doldurmadığını deyirdilər.

Amerika qanunlarına müvafiq olaraq tüfəngi gizli dolduran şəxs təsadüfən adam öldürmədə ittiham edilməli idi. Polislər yaşlı cütlüyün evinə sərbəst şəkildə yalnız onların oğlunun girə biləcəyini araşdırıb müəyyən edirlər. Polislər oğulun dostunu tapırlar və sorğu-suala çəkirlər. Və çoxlu məlumat əldə edirlər. Atasının anasını tüfəng ilə hədələdiyini bildiyi üçün oğul tüfəngi doldurur və atasının anasını öldürəcəyinə və həbsxanaya düşəcəyinə ümid edir. Lakin bir neçə həftə yaşlı cütlük çox mehriban idilər. Və bu onların oğullarını çox məyus etmişdi. Polislər cütlükdən onların oğullarının harada olduğunu soruşurlar.
“Necə yəni haradadır? – deyə qoca kişi təəcüblənir – Oğlum bizdən bir mərtəbə yuxarıda qalir”. Bəli, cütlüyün oğulları Ronald Opusun özü idi.
Ronald Opus tüfəngi doldurmuşdu, qisas planı baş tutmadıqda isə məyus olur və intihar etmək qərarına gəlir. Və öz gülləsi ilə güllələnir. Tutdurmaq istədiyi öz atası tərəfindən. İntihar Opusun tam istədiyi kimi olmasa da, baş tutur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: