Python ilə Proqramlaşdırma kitabı nəşr olundu

Azərbaycanda ilk dəfə Python proqramlaşdırma dili ilə bağlı öz dilimizdə kitab nəşr edilib.

Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə Python hazırda dünya üzrə ilk onluqda yer alan populyar proqramlaşdırma dili sayılır. Python dili 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanmışdır. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Python dili pulsuz olaraq yayılır. Bu dili öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. Əgər proqramlaşdırmaya yeni başlayırsınızsa, o zaman Python dili tam Sizə görədir.

Bu kitab ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri və ümumiyyətlə proqramlaşdırmanı öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuşdur.

Kitabın müəllifi Kərim Tahiroğlu qeyd edir ki:

“Əslində proqramlaşdırma ilə bağlı bir kitab yazmağı mən çoxdan istəyirdim. Çünki indiyə qədər öyrəndiyim proqramlaşdırma dillərini əsasən ingilis və rus dilli mənbələrdən öyrənmişəm. Öz dilimizdə bu kitablar hər zaman kasad olub və ya istənilən keyfiyyətdə olmayıb. Belə olan halda mən düşündüm ki, əgər başqalarının kitablarını bəyənmirəmsə niyə də özüm bir kitab yazmayım. Bir ilə ərsəyə gətirdiyim bu kitab proqramlaşdırmaya yeni başlayanlar üçün nəzərdə tutulmuşdur.

Bu kitabı yazarkən çalışdım ki, indiyə qədər oxuduğum ən yaxşı kitablar, pedaqoji fəaliyyətimdə istifadə etdiyim tədris metodları və eləcə də gündəlik peşəkar həyatımda tətbiq etdiyim bacarıqlar bu tədris vəsaitində öz əksini tapsın və Sizə də faydalı olsun…”

P.S. Müəllif qeyd edir ki, kitab eksklüzivdir və hazırda kitab mağazalarında satışda deyil. Kitabı əldə etmək istəyənlər 0502189140 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kuryer və ya poçt vasitəsilə kitab Azərbaycanın istənilən bölgəsinə çatdırıla bilər. Çatdırılma daxil kitabın qiyməti 22 manat təşkil edir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: