Qadın və kişi arasındakı əsas fərqlər

Qadınlar və kişilər arasında olan əsas fərqlər barədə sizə məlumat vermək istəyirik.

Ünsiyyət fərqi
Kişilərlə müqayisədə qadınlar danışmağa daha çox meyillidirlər. Qadınları daha çox ünsiyyət çox olan peşələrdə gğrmək olar. Kişilər isə əksinə danışmağa daha az üstünlük verən, əsasən düşüncə, məntiq və fiziki zəhmət tələb edən işlərdə işləyirlər.

Beyin quruluşu
Kişilər beyinlərinin sol yarımkürəsini işlətməyə meyilli olduqları halda qadınlarda beyinin hər iki hissəsi eyni vaxtda işləyə bilir. Bu isə kişilərin problemlərə daha praktik, qadınların isə daha duyğusal və emosional yanaşmasına səbəb olur. Bir çox qadınlar eyni anda bir neçə işlə də məşqul ola bilir. Məsələn: yemək bişirə- bişirə həm televizora baxa, həm də telefonla danışa bilirlər. Yol ilə gedərkən bir şeyə baxa- baxa digər şeylər barədə fikirləşə və planlar qura bilirlər.

Hissləri ifadə etmək
Qadınlar bədən dilləri və üz ifadələri ilə duyğularını daha asan ifadə edirlər. Kişilər isə bu məsələdə qadınlar qədər bacarıqlı deyil. Buna görə də yeni tanış olan iki qadın maksimum yarım saat ərzində heç nə danışmadıqları halda bir-biriləri ilə münasibət qura bilirlər.

Bacarıq
Aparılan araşdırmalar belə deməyə əsas verir ki, qadınlar idrak testləri və duyğusal zəka testlərində daha bacarıqlıdırlar. Qadınlar hər hansı xarici dili tez öyrənməkdə daha bacarıqlıdırlar. Kişilər isə əsasən fiziki güc və riyazi biliklər tələb edən məsələlərdə daha bacarıqlıdırlar.

Eşitmə
Qadınlarda eşitmə qabiliyyəti kişilərə nisbətən daha yaxşı inkişaf edib. Onlar səs tonundakı kiçik dəyişiklikləri, o səs tonu ilə sizin ötürmək istədiyiniz mesajları daha rahat şəkildə anlayırlar. Buna görə də qadınlarla danışdığınız zaman daim səs tonunuza, istifadə etdiyiniz sözlərə xüsusi fikir verin.

Yaddaş
Qadınların yaddaşı kiüilərin yaddaşına nisbətən daha yaxşı inkişaf edib. Çünki qadınların beyini elə formada qurulub ki, onlar şahidi və ya iştirakçıları olduqları əksər hadisələri uzun müddət xatırlayırlar. Qadınlar hər bir şeyə incəliklə və həssas yanaşdıqlarına görə, şahidi olduqları hadisələri bütün təfərrüatı ilə yadda saxlayırlar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: