“Qarabağ” “Keşlə”nin qapısından dörd cavabsız top keçirib

Qəbələdə UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşan Ağdamın “Qarabağ” futbol klubu növbəti yoxlama oyununda “Keşlə” klubu ilə üz-üzə gəlib.

Komandalar avqustun 5-də qüvvələrini yenidən sınayıblar. Matç Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, bu, avrokubok iştirakçılarımızın Qəbələdə 4-cü sınaq matçı olub. Bu komandalar yay fasiləsində ilk yoxlama oyunlarını öz aralarında keçirib və Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi qeydə alınıb. Avroliqa təmsilçimiz “Keşlə” bundan sonra “Zirə”ni 1:0, “Səbail”i 2:0 hesabıyla məğlub edib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” isə növbəti görüşlərində “Sabah”a 1:2 hesabıyla uduzub, “Neftçi”yə isə 1:0 hesabıyla qalib gəlib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: