“Qarabağ” komandasının Çempionlar Liqasında keçirəcəyi oyunların tarixləri müəyyənləşib

“Qarabağ” komandasının futbol üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarka çempionu “Kopenhagen” klubu ilə keçirəcəyi oyunların tarixləri müəyyənləşib.

Frame.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, bu komandalar arasında ilk görüş avqustun 15-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Cavab matçı isə avqustun 23-də Kopenhagen şəhərindəki “Telia Parken” stadionunda oynanılacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: