Qayaya Dırmanma Üzrə Açıq Ölkə Çempionatı

QAYAYA DIRMANMA (SÜRƏT, ÇƏTİNLİK) ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATININ ƏSASNAMƏSİ

1. Məqsəd və vəzifələr
Yarış Azərbaycanda dırmanma idman növünü geniş yaymaq, gəncləri və yeniyetmələri bu idman növünə cəlb etmək məqsədini daşıyır və aşağıdakı vəzifələri qarşıya qoyur:
• Məktəbliləri və gəncləri bu idman növünə həvəsləndirmək;
• İdman dırmanmasını kütləviləşdirmək və inkişaf etdirmək;
• Ekstremal idman növlərinin inkişafına təkan vermək;
• Gənclər və yeniyetmələr arasında idmançı mədəniyyətinin və yarış təcrübəsinin artırılması;
• İstedadlı idmançıların üzə çıxarılması.

2. Yarışın növü.
Yarış qayaya dırmanma çətinlik və sürət növü üzrə keçiriləcəkdir.

3. Yarışın keçirilmə yeri və vaxtı.
Yarışlar 17-18 sentyabr 2016-ci il tarixində Siyəzən rayonunda yerləşən Beşbarmaq qayalıqlarında keçiriləcəkdir.

4. Yarışlara rəhbərlik.
Yarışın keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təsdiq edilmiş Hakimlər Kollegiyasına həvalə olunur.

5. Yarış iştirakçıları.
Yarış 16 yaşdan yuxarı idmançılar arasında şəxsi və komandalar üzrə keçirilir. Komandanın tərkibi 3 oğlan, 1 qızdır.

6. Yarışın keçirilmə şərtləri.
Yarış qayaya dırmanma üzrə idmançıların cins qrupundan asılı olaraq keçiriləcəkdir. Hakimlər Kollegiyasının sərəncamına verilmiş avadanlıqlardan zəruri hallarda idmançıların istifadəsinə şərait yaradılacaqdır.
Yarışda beynəlxalq qaydalara əsasən xal hesabına görə idmançıların balları veriləcəkdir, yarışın hər mərhələsi üçün başlanğıc siyahıları da beynəlxalq qaydalara əsasən hazırlanacaqdır. Yarış təsnifat, yarımfinal və final mərhələləri olaraq keçirilir. Çətinlik yarışının yarımfinal mərhələsində 26, finalda isə 8 idmançı yarışa bilər. Sürət yarışları təsnifat və final mərhələrindən ibarətdir. Final mərhələsi idmançı sayından aslı olaraq səkkizdəbir, dörddəbir , yarım-final və final duellərindən ibarətdir.

7. Yarışın proqramı.
17 sentyabr – Təsnifat yarışları
09.00-09.30 -Qeydiyyat;
09.30-10.00 -Yarışın açılış mərasimi və marşrutların nümayişi;
10.00-17.00 -Yarışın başlanması və başa çatması.

18 sentyabr – Yarımfinal və final yarışları
10.00 -Yarışın başlanması;
15.00 -Bağlanış mərasimi və mükafatların verilməsi.

8. Yarış qaliblərinin müəyyən edilməsi.
Dırmanma yarışlarının qaydalarına əsasən, qalib şəxsi hesablamada ümumi balların cəminə görə, komanda yarışında isə komanda üzvlərinin ümumi ballarının cəminə əsasən müəyyən olunur.

9. Yarış qaliblərinin mükafatlandırılması.
Ümumi nəticələrə əsasən müəyyən olunmuş qaliblər Azərbaycan Hava
və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hədiyyələr və müvafiq diplomlarla
mükafatlandırılacaqlar.

10. Yarışın maliyyələşməsi.
Yarışın təşkili və keçirilməsi ilə bağlı bütün xərclər (texniki ləvazimatların və nəqliyyatın təşkili) Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən ödənilir. Yarışlarda iştirak etmək üçün lazım olan digər xərclər ezam edən təşkilat tərəfindən ödənilir.

11. Ərizələrin qəbulu.
Yarışda iştirak etmək üçün ərizələr 14 sentyabr 2016-cı il tarixinə kimi federasiyanın ofisinə və ya skan edilmiş formada elektron poçt vasitəsi ilə (yarışlara gələrkən ərizənin əsli təqdim olunmaq şərti ilə) aşağıda göstərilən elektron ünvanlara təqdim edilməlidir. Yarışda iştirakla bağlı bütün suallarla Azərbaycan Hava və Ekstremal idman Növləri Federasiyasına müraciət edə bilərsiniz.
Yarış barədə əlavə məlumatlar FAIREX-in www.fairex.az saytından yerləşdiriləcəkdir.

Ünvan: Bakı şəh.Nobel pr-ti 61
Tel: (+99412) 424-29-81
E-mail: fairex.info@gmail.com

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: