Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi davam edir

Martın 27 də saat 20:00 da  Beynəlxalq Muğam Mərkəzində, “Qəzəllər” layihəsi çərçivəsində,böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin  Nəsiminin qəzəlləri mövzusunda musiqili gecə keçiriləcək.
Gecədə Əməkdar artistlər Ehtiram Hüseynov, Səbuhi İbayev və Babək Niftəliyevin ifasında  “Zabul segah” dəsgahı səslənəcək.
Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov  müşayiət edəcəklər.
Beynəlxalq Muğam Mərkəzinin yeni “Qəzəllər” layihəsinin hər təqdimatında tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara  qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərləri təqdim edilir.
Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və İticket.az saytından əldə etmək olar.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: