“Türk Hava Yolları” Bakıda qolf turniri keçirəcək

“Türk Hava Yolları” aviaşirkəti növbəti dəfə bütün dünyada qolfun inkişafına daim dəstək olduğunu vurğulayaraq“Turkish Airlines World Golf Cup” yarışı çərçivəsində Bakıda bu idman növü üzrə şirkətlər arasında seçmə yarış təşkil edəcək.

İlk dəfə 2013-cü ildə keçirilən və cəmi 12 mərhələdən ibarət olan “Turkish Airlines World Golf Cup”yarışı hazırda hər hansı başqa həvəskar qolf üzrə korporativ yarış ilə müqayisədə daha çox ölkədə keçirilərək “Türk Hava Yolları”nınhəqiqətən qlobal əhatəsini əks etdirir. Cari ilin seçim mərhələləri 63 ölkənin 100 şəhərində baş tutacaq və iştirakçıları rəhbər vəzifəni tutan adamlarla sərbəst mühitdə ünsiyyət qurmaq, həmçinin dünyada ən nüfuzlu meydançaların birində qolf oyunundan həzz almaq imkanı yaradacaq. Builki turnirin sponsorları qismində “The Financial Times”, “National”, “Titanic Hotels” və “Ruck & Maul” çıxış edəcək.

Bakıda seçmə yarışları 13 may 2018-ci il tarixində “Dreamland” qolf-klubunda keçiriləcək. Qalib “Turkish Airlines World Golf Cup” qrand-finalında iştirak edəcək, həmçinin biznes siniflə Antalyaya və geriyə uçuş,”all inclusive” sistemi üzrə 8 gün “Deluxe Belek Titanic” hotelində qalmaq imkanı əldə edəcək və “Türk Hava Yolları”nın qonaqpərvərliyindən zövq ala biləcək.

Qrand-finaloktyabrın 27-dən noyabrın 4-dək Bələkdə (Antalya) keçiriləcək.Tədbirin aparıcı oyunçuları “Turkish Airlines Open Pro-Am” peşəkarturnirdə iştirak etmək və oradaaparıcı Avropa peşəkarı ilə bir meydanda oynamaq imkanına nail olacaqlar.Ötən illərin qalibləridünyanın ən yaxşı qolfçuları ilə, o cümlədənRori Makilkroy və 14 qat çempion Tayger Vudsla bir meydançaya çıxavaqlar.

Bakıda keçiriləcək “Turkish Airlines World Golf Cup 2018” seçmə turnirində iştirakınızı təsdiq etmək üçün aşağıdaki linkə keçərək qeydiyyat formasını 4 may 2018-ci il tarixindən gec olmayaraq doldurun: https://www.golfgenius.com/pages/1389694

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: