Quşların müşahidəsi

Quşların müşahidəsi, təbiətin mühafizəsi kimi ümumi maraqlar ətrafında gənclərin bir araya gəlməsi bir çox məqsədlərə xidmət edəcək mühit yaradır: gənclərarası beynəlxalq mübadilə, təbiətin mühafizəsinə önəm vermək, eko-davamlı turizm sahəsində yerli iş imkanlarını artırmaq və uzunmüddətli hədəf kimi, ksenofobiya ilə mübarizə, insanlar və mədəniyyətlərarası əlaqələri inkişaf etdirmək.

15-20 sentyabr tarixində (vaxt seçimində quşların miqrasiyası və düşərgə salınması üçün əlverişlı hava şəraiti nəzərə alınıb) baş tutacaq düşərgədə Beş Barmaqda, Xəzər dənizi yaxınlığında çadırlardan ibarət düşərgə salınacaq və bu, quşların müşahidəçiləri və tədqiqatçılar üçün müşahidə zonası olacaq. Bu ərazi magistral avtomobil yolu yaxınlığında olan istirahət zonalarından uzaqda yerləşən və düşərgələrin salınması üçün əvvəllər də bir neçə dəfə istifadə edilmiş gözəl məkandır. Tədbir zamanı quşların tədqiqi, seminarlar, təqdimatlar və digər sosial fəaliyyət növləri nəzərdə tutulur.

Azərbaycandan qatılan iştirakçıların nəqliyyat və qida xərcləri təşkilatçılar tərəfindən qarşılanır.

Təbiət dostları. Nature friends

Frame.az

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: