Saça qulluq üçün italyan kosmetikası

İvo Donati, “Napura-MTJ” şirkətinin tədqiqat və təkmilləşdirmə üzrə direktoru

– Biz üç il əvvəl “Beauty Azerbaijan” sərgisində öz imkanlarımızı nümayiş etdirmişik. Bu gün isə biz bir sıra yeni məhsul seriyasını təqdim edirik. Biz artıq Azərbaycanda yaxşı tanınan İtaliyanın peşəkar saça qulluq kosmetikası – “Napura” brendi ilə yanaşı,  saçlara qulluq üçün “MTJ Cosmetics” brendinin kosmetik məhsullarını da ziyarətçilərin diqqətinə təqdim edirik. “Napura” peşəkar vasitələrinin xüsusiyyətləri arasında kompleks qulluq, saç və baş dərisinin problemlərini aradan qaldırmaq üçün efir yağı əsaslı təbii komponentlər yer alır. “Napura” məhsullarının tərkibində ammonyak yoxdur.

Eyni zamanda, “MTJ Cosmetics” şirkətimizin yeni brendidir. Bu ticarət markasının məhsulları arasında ən tələbkar müştərilər üçün ən son nailiyyətlərə əsaslanan təkmilləşdirilmiş müalicə vasitələri yer alır. Bu məhsullar saçların tökülməsi kimi problemləri aradan qaldırmaq və saç böyüməsinin gücləndirilməsi üçün nəzərdə tutulub. Bu məhsullar tətbiqin rahatlığı baxımından seçilir. Sözügedən məhsul xəttinə makiyaj və kosmetik vasitələr də daxildir.

Sərgidə müxtəlif ölkələrin səhiyyə və gözəllik sektorlarını təmsil edən peşəkarlar var və bu da tədbirin əhəmiyyət və aktuallığını göstərir. Biz öz stendimizdə “Napura” və “MTJ” brendlərinin məhsullarını Azərbaycan bazarında peşəkar şəkildə təqdim etməyi bacaran işgüzar şəxslərin yolunu gözləyirik. Biz şirkətimizin fəlsəfəsini bölüşən həmfikir şəxslərlə görüşmək istərdik ki, onlar bizim məhsullarımızı ölkənizdəki son istehlakçılara çatdıra bilsinlər.

Biz əməkdaşlığa və 16 il ərzində İtaliya bazarında əldə etdiyimiz təcrübəni bölüşməyə hazırıq!

Frame.az

imageg_280_180_news_41_271_1-jpg_news_41

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: