“Şekspir Xalçası”

14572956_1462667130416107_2878816246891212327_nCari ilin 14 oktyabr tarixində saat 11-00-da Azərbaycan Xalça Muzeyində Azərbaycan “Şekspir Xalçası” müsabiqəsinin qalibi elan olunacaq.
Qeyd edək ki, British Council, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə birlikdə Şekspirin 450-ci ildönümü şərəfinə keçirilən Azərbaycan “Şekspir Xalçası” müsabiqəsini böyük qürurla təşkil etmişdir. Müsabiqə Şekspirin şərəfinə, dahi dramaturqdan ilham almış xalça dizaynının hazırlanmasına həsr edilib.
Azərbaycan “Şekspir Xalçası” müsabiqəsi Azərbaycanın xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin dünya ədəbiyyatında tutduğu yeri bir araya gətirir. Layihəyə may ayında start verilib və may-iyul tarixləri arasında uşaqlar, peşəkar dizaynerlər və ictimaiyyət tərəfindən 60-dan çox dizayn təqdim edilib. Xalça dizaynları Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı Azərbaycan ənənələrini əks etdirir.
Azərbaycan “Şekspir Xalçası” dünyada bu tipli yeganə müsabiqədir. British Council Azərbaycanın direktoru Elizabet Uayt layihınin tamamlanması münasibətilə qeyd edib: “Azərbaycanın qədim xalçaçılıq ənənələri vardır. Dünyanın ən qədim tarixə malik xalçası və ən böyük, tarixi baxımdan əhəmiyyətli və gözəl xalçalarından biri Cənubi Azərbaycandan olan Ərdəbil xalısıdır. O, Şekspirin dünyaya gəlməsindən 15 il öncə toxunmuş və hazırda Londonun Viktoriya və Albert Muzeyində nümayiş olunur. Axı Şekspirin ildönümünü Azərbaycanda qeyd etmək üçün yeni xalçanın hazırlanmasından gözəl nə ola bilər? Biz bu layihədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlıq etməkdən qürur duyur və bütün yaradıcı insanları bu müsabiqəyə qoşulmağa və Şekspirin şərəfinə xalça dizaynı hazırlamağa dəvət edirik.”
Birləşmiş Karllığının Azərbaycandakı Fövqəladə və Səlayiyyətli səfiri, Azəbaycan Xalça Muzeyinin direktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru və xanım Elizabet Uaytdan ibarət münsiflər heyəti tərəfindən üç kateqoriya üzrə ən yaxşı dizaynlar seçilib. Ən kreativ 15 dizayn British Council Azəbaycanın rəsmi Facebook səhifəsində yayımlanıb və ən çox bəyənilmiş dizayn xüsusi tamaşaçı simpatiyası mükafatına layiq görülüb. 14 oktyabr taxirində Azərbaycan Xalça Muzeyində keçirilmiş mükafatlandırma mərasimində hər kateqoriya üzrə qaliblər öz mükafatlarını əldə edəcəklər.
Qalib gəlmiş üç dizaynda xalçalar toxunulacaq. Müsabiqənin ümumi qalibi Londonun V&A Muzeyinə və Şekspirin “Qlobus” teatrınına səhayət mükafatına layiq görülüb.

Ətraflı məlumat və ya suallar üçün əlaqə saxlaya bilərsiniz:
Dilarə İbrahimova| incəsənət üzrə Menecer
British Council | Landmark III, 8-ci mərtəbə | Nizami küçəsi 90A | AZ1010 | Bakı | Azərbaycan| |
T +994 12 497 1593 | F + 994 12 498 9236
Dilara.Ibrahimova@britishcouncil.az
www.britishcouncil.az

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: