“Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzindən Cümhuriyyətin 100 ilinə töhfə

“Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzi və Azərbaycan Uşaq Fondu ilə birlikdə ölkəmizin müxtəlif regionlarında Cümhuriyyətin 100 illiyinə həsr etdiyi “SƏLİS gələcək” adlı silsilə sosial layihələr uğurla davam etdirilir. Belə ki, növbəti layihə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə 29sentyabr tarixində Qəbələ rayonunda həyata keçirilib.

Layihə çərçivəsində psixoloji, nitq qüsurlu, kəkələməsi olan, autizmli və bir sıra digər problemli uşaqlarda xüsusi avadanlıqlarla erkən diaqnozun qoyulması və müayinəsi, həmçinin valideynlər və uşaqlar üçün xüsusi maarifləndirici proqram həyata həyata keçirilib. “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru Xavər Abdullayeva bildirib ki, 11 ildir fəaliyyət göstərən mərkəzdə bu günə qədər yüzlərlə müxtəlif nitq qüsurlu, psixoloji travma alan, autizm və daun sindromlu, əqli cəhətdən geri qalmış və s. uşaqlara dəstək göstərilib. Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin sədri Günel xanım və Azərbaycan Uşaq Fondunun Qəbələ nümayəndəsi  Kamran müəllim “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinə təşəbbüs üçün təşəkkürünü bildirib və bu kimi layihələrin sayının çox olmasının Qəbələ rayonu və ümumilikdə cəmiyyətimiz üçün faydalarını sadalayıb.

“SƏLİS gələcək” sosial layihəsi Şamaxı, Qobustan, Bərdə, Biləsuvar və s. rayonlarda həyata keçirilib.

Qeyd edək ki, “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzi N.Nərimanov rayonu, F.Xoyski küç.169A ünvanında yerləşir. Daha ətraflı məlumatı mərkəzin sosial media hesablarından və telefon vasitəsilə (0124089810, 0553723311) əldə edə bilərsiz.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: