Sevgililər günündə UberSERENADA ilə sevginizi bir daha etiraf edin!

“Mən səni sevirəm” – hər bir insanı xoşbəxt edə biləcək üç söz 🙂  Lakin öz hislərinizi necə etiraf edə bilərsiniz ki, bu an sizin sevgiliniz üçün unudulmaz bir an olsun? Bu il Uber, telefonun ekranına bircə toxnuş ilə sevgilinizi əsl UberSERENADA ilə təəccübləndirməyə kömək edəcək.


Biz professional musiqiçilərdən ibarət bütöv bir kollektivimiz ilə birlikdə 14 Fevral sevgiliniz üçün SERENADA oxumağa hazırlaşırıq!

14 fevral günü saat 12.00-dan 16.00-a kimi Uber’inizi açın. Əgər sizin Uber’niz yoxdursa proqramı əvvəlcədən AppStore, Google Play və ya Windows Market-dən telefonunuza yükləyin.

Ekranın aşağı hissəsindəki çəhrayı UberSERENADA lövhəsinin üzərinə klikləyin və ödəniş üsulu kimi kredit kartınızı seçərək serenadanı həsr edəcəyiniz sevgilinizin yerləşdiyi ünvanı– təyinat nöqtəsini göstərin;

UberSERENADA sifariş edin və sifarişinizin qəbul olunmasını gözləyin. Detalları öyrənmək üçün sürücü partnyorumuz sizinlə əlaqə saxlayacaq.

Dostlar, biz başa düşürük ki, bir çoxları öz sevdiklərini sevindirmək istəyirlər, lakin nəzərə alın ki, UberSERENADA-ya olan tələbat çox yüksək olacaq. İlk dəfədən serenadanı sifariş etmək alınmazsa, kədərlənməyin. Serenada çağırmağa davam edin və bizim avtomobillərimizdən biri bəlkə də məhz sizin üçün gələcək!

Serenadanı yalnız sevgilinizin evinə deyil, eyni zamanda kafeyə və ya restorana, iş ünvanı və ya ticarət mərkəzinə sifariş etmək olar. Ona kiçik hədiyyə bəxş edin!


Sevgililər günündə ola bilər ki, hava əlverişli olmasın, buna görə də musiqiçilər serenadanı qapalı məkanlarda ifa etməyə üstünlük verəcəklər.

UberSERENADA seçimindən yalnız serenada sifariş etmək olar! Əgər siz səyahət üçün avtomobil sifariş etmək istəyirsinizsə, UberX və ya UberSELECT hər zaman sizinlədir və sizi istənilən məkana aparmağa hazırdır.


UberSERENADA-nın sifariş haqqı 20 AZN-dir.

Bakı şəhərinin professional musiqiçiləri tərəfindən ifa olunan canlı musiqi ilə öz yarınızı unudulmaz serenada ilə təəccübləndirin.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: