Şumaxer haqqında yeni sənədli film Kann festivalında təqdim olunacaq

Formula 1 yürüşlərinin sabiq pilotu Mixael Şumaxer haqqında sənədli film bu gün Fransada açılışı keçirilən Kann festivalında təqdim olunacaq.

Frame.az xəbər verir ki, əfsanəvi yürüşçüyə həsr olunan yeni filmi Almaniyanın “B/14 Film” şirkəti lentə alıb. Filmin rejissorları Mixael Vek və Hanns-Bruno Kammertonsdur.

Ekran əsərində eksklüziv kadrlar, Şumaxerin ailəsinin üzvləri və digər pilotlarla müsahibələr nümayiş etdiriləcək. Film bu ilin sonlarında prokata çıxarılacaq.

“Şumaxerin məşhur karyerası filmə layiqdir. Biz çox şadıq ki, bu əsəri əsl peşəkarlar ərsəyə gətiriblər”, – deyə “Variety” Şumaxerin mətbuat katibi Sabina Kemin sözlərindən sitat gətirir.

Xatırladaq ki, Şumaxer 2013-cü ilin dekabrında xizək sürərkən başından aldığı zədədən sonra müalicə olunur. Həmin vaxtdan almaniyalı yürüşçü ictimaiyyət qarşısına çıxmayıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: