EventsMusiqiMədəniyyət

Tanınmış bəstəkar Elza İbrahimovanın 80 illiyi qeyd olunacaq

Fevralın 21-də Heydər Əliyev Sarayında Azərbaycanın tanınmış bəstəkarı, Xalq Artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyi qeyd olunacaq.

Sarayın mətbuat xidmətindən bildirilib ki, yubiley gecəsində respublikanın Xalq artistləri, Əməkdar artistlər və məşhur ifaçılar iştirak edəcək. Konsertdə tamaşaçılar musiqi mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş Elza İbrahimovanın biri-birindən gözəl və sevilən musiqilərini dinləyəcək.

Gecədə bəstəkarın uzun illər görkəmli ifaçılar tərəfindən səsləndirilən bənzərsiz və təkrarsız mahnıları, unudulmaz bəstələri – “Bilməzdim”, “Gecələr bulaq başı”, “Sən yadıma düşəndə”, “Bakının işıqları”, “Sevgilim tut əlimdən”, “Mehribanım”, “O gözlər, o gözlər”, “Gəl barışaq”, “Qurban Verərdim”, “Daha məndə dözüm yox”, “Yoxluğunu bilə-bilə”, “Ey vətən” və digər nəğmələri səsləndiriləcək.

Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.azsaytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!