Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə 4 tədbir həyata keçirilir

Martın 16 –da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Naxçıvan Muxtar Respublikasından gəlmiş şagirlər üçün konsert  təşkil edilmişdir.
Konsertdə xanəndələr Hüseyn Məlikov, Rəvanə Əmiraslanlı, Rəvanə Qurbanova
muğamlardan və xalq mahnılarından ibarət proqramla çıxış etmişlər.
Daha sonra Muğam Mərkəzində “Dəyirmi masa” layihəsi çərçivəsində “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda Beynəlxalq seminar keçirilmişdir.
Novruz bayramı ərəfəsində Tərtər rayonunda Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcbur köçkünlər üçün salınmış şəhərcikdə bayram tədbiri keçirir.
Tədbirin bayram konserti proqramı Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Saat 19:00-da isə Beynəlxalq Muğam Mərkəzinin konsert zalında Avstriyalı professor, alətşünas, qədim alətlər bərpaçısı Tomas Şallbök  və Milli Konservatoriyanın nəzdində “Əsrlərin sədası” adlı qədim musiqi alətləri ansamblının birgə konserti keçirilir.

Göstərilən tədbirlər  haqda mətbuatda ətraflı məlumatlar dərc ediləcəkdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: