Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

Dekabrın 4-də  Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert görkəmli tarzən və bəstəkar, xalq artisti Hacı Xanməmmədovun yaradıcılığına  həsr olunmuşdu.
Tədbir Azərbaycan Televiziyası və Radiosunun “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.
Konsertdə  bəstəkarın mahnıları səsləndi. Xalq artistləri – Teyyub Aslanov – “Salam verdim bir gözələ”, Gülyanaq Məmmədova – “Güllü”, Gülyaz Məmmədova – “Yaşa könül”,  əməkdar artistlər – Bəyimxanım Nəbiyeva – “Aldatmayaq bir-birimizi”, Zakir Əliyev – “Gözünə qurban”,  Azərbaycan Televiziyası və Radiosunun solistləri – Zabitə Alıyeva – “Yenə o bağ olaydı”, Sərxan Bünyadzadə – “Getmə dayan”, Kamilə Nəbiyeva – “Qurban olduğum” mahnılarını ifa etdilər. Konsertin son nömrəsi-“Getmə amandır” mahnısı Gülyaz və  Gülyanaq Məmmədovalar  və  Sərxan Bünyadzadənin ifasında səsləndi.
İfaçıları  xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.
Tədbiri əməkdar artist Rəşad İlyasov aparırdı.
Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.
Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində milli mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam edir.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: