Trenajor zalların yazılmayan etiketi

Trenajor zalların yazılmayan etiketinə riayət edin. Bunu edənlər həmişə üstünlüyə malik olurlar. Trenajorlarda növbə gözləmir, kömək lazım olsa yardım daim yaxında olur.

1. Hər yanaşmadan sonra güzgünün önünə keçib poza vermək qeyri etikdir. Beləki, həmin anda çox güman ki, digər biri güzgünün köməyi ilə elədiyi hərəkətin texnikasına diqqət yetirir. Nəticə: poz verməyi evə saxlayın, zalda məşq edin.

2. Ştanqanı yerə atmayın. Fikirləşməyin ki, ştanqanı yerə ataraq gedib öz işlərivizlə məşğul olmanız sizi “bomba oğlan” edəcək. Bu hərəkətlə siz yalnız yeni gəlmiş birilərini təəccübləndirə bilərsiniz. Başqaları tutuşunuzun zəif olduğunu və yaxud əllərinizin çox tərlədiyini fikirləşəcklər. Əgər siz üstəlik məşq daşlarını da yerə atırsınız isə yekəxana və mədəniyyətsiz birisi kimi tanınacaqsınız.

3. Ümumiyyətlə, zalda səsli-küylü olmaq etik deyil. Yanaşmalar zamanı müxtəlif qeyri-insani səslər çıxartmaqla əzələ artımına nail olmaq olmur.

4. Daşları arxanızca yerinə yerləşdirin. Sizin yerinizə bunu etmək məcburiyyətində deyillər.

5. Əgər məşqi kiminləsə birgə edirsiniz isə məşq daşlarının çıxarılıb-taxılmasına kömək edin.

6. Boş su qablarını arxanızca yığışdırmağı unutmayın.

7. Əgər çoxlu tərləyirsiniz isə məşq zamanı dəsmaldan istifadə edin. Sizin arxanızca yaş oturacaqlarda məşq etmək məcburiyyətində deyillər.

8. İdman formanızı ən azı həftədə bir dəfə yuyun. Məşq zalından kişi iyi gələr stereotipindən uzaq olun.

9. Əgər sığorta edərək başqasına kömək edirsiniz isə, ətrafa baxıb və başqaları ilə söhbət edib məşq edəni əsəbləşdirə bilərsiniz. Başınız qarışar ştanqanın altında qalar.

10. Vyetnamkada və şəp-şəpdə məşq etməyin. Birinicisi bu təhlükəlidir, ikincisi isə etik deyil.

Pərvin Bayramov

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: