“Türk Hava Yolları” görmə qabiliyyəti məhdud sərnişinlər üçün yeni xidmətini istifadəyə verib

Yeni xidmətlər hazırlıyaraq aviasəyahətləri sadələşdirməyə çalışan “Türk Hava Yolları” görmə qabiliyyəti məhdud sərnişinlər üçün Braylın əlifbası ilə yazılmış basmanaxışlı minik talonları təqdim etməyə başlayıb.

Öz məhsullarına və xidmətlərinə innovasiyaların tətbiqi məqsədilə sərnişinlərin ehtiyaclarını və intizarlarını diqqətlə izləyən “Türk Hava Yolları” görmə qabiliyyəti zəif olan sərnişinlərin həyatını asanlaşdıracaq yeni həll hazırlayıb. Qlobal aviadaşıyıcı görmə qabiliyyəti məhdud sərnişinlər üçün yeni xidməti istifadəyə verib. Bu xidmətə əsasən, onlar İstanbul Atatürk Hava Limanının beynəlxalq terminalında yerləşən xüsusi qeydiyyat masasından Braylın şrifti ilə yazılmış minik talonu əldə edə bilərlər.

Türkiyənin milli aviaşirkəti görmə qabiliyyəti zəif olan əməkdaşlarını tətbiqi layihənin tədqiqatına və işlənməsinə cəlb edib və sağlamlıq imkanları məhdud olan sərnişinlərin bütün ehtiyaclarını diqqətlə araşdırıb, minik talonun basmanaxışlı dizaynını hazırladı. Səyahətçilər üçün ən önəmli məlumatlar – rezervasiya kodu, aviareysin nömrəsi, tarixi və uçuş vaxtı, gediş və gəliş məntəqələri, kreslo və çıxış nömrəsi – minik talonun üzərinə Braylın əlifbası ilə vurulub. Bu pilot layihə ilk olaraq Atatürk Hava Limanında həyata keçirilsə də, yaxın gələcəkdə yeni xidmət digər hava limanlarında da təklif ediləcək.

“Türk Hava Yolları” aviaşirkətinin sağlamlıq imkanları məhdud olan sərnişinlər üçün “maneəsiz səfərlər” xidmətləri bununla yekunlaşmır, çünki əvvəllər milli aviaşirkət filmləri tifloşərh (audio-deskripsiya) ilə təmin edirdi və uçuş zamanı görmə qabiliyyəti məhdud sərnişinlər üçün əyləncə sistemləri vasitəsilə təhlükəsizlik haqqında məlumatlar verirdi. Bundan başqa, “Türk Hava Yolları” ilə səyahət edən və eşitmə qüsuru olan sərnişinlərin uçuşlarını yüngülləşdirmək üçün 100-dən çox bort bələdçisi və yerüstü heyətin üzvləri jestl dilində hazırlıq keçib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: