“Türk İslam Sənətləri Sərgisi” keçiriləcəkdir

2018-ci il 17 aprel saat 12:00-da tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksində Türkiyə Cümhuriyyəti Bursa Böyükşəhər Bələdiyyəsinin nəzdində fəaliyyət göstərən BUSMEK (Bursa Büyükşehir Belediyesi Sanat ve Meslek Eğitim Kursları ) inventarında mövcud olan “Türk İslam Sənətləri Sərgisi” keçiriləcəkdir.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türk mədəniyyətinin Azərbaycanda ən böyük təmsilçilərindən biri hesab edilen Bakı Yunus Emre İnstitutu və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə keçirilir. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin nəzdində olan Bakı Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi 2013-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.

Sərginin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin “İki dövlət bir millət” ifadəsinə əasaslanaraq, iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi təbliğ etmək və onlara sahib çıxmaqdır. Sərgidə müxtəlif janr və texnikalarda işlənmiş ( ebru sənəti, təzhib, keramika, filoqrafi, xəttatlıq, xalçaçılıq və.s) 80-dən artıq əsər nümayiş olunacaqdır. Sərgidə nümayiş olunan əsərlər müxtəlif üslub və motivləri əhatə etsə də, əsərlərdə türk islam sənətinin tarixi haqda məlumat yer almaqdadır.

Sərginin açılış mərasimində ADRA-nın rəhbər heyəti ilə yanaşı, bir sıra rəsmi qonaqlar, tələbə, müəllim heyəti iştirak edəcəkdir.

Sərginin açılış mərasimi 17 aprel saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) baş tutacaqdır. Qeyd etmək istərdik ki, sərgi 22 aprel 2018-ci il tarixinədək davam edəcəkir.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: