“Turkish Airlines Open” turnirində Ginnes rekordu vurulub

Qolf üzrə Antalyada keçirilən “Turkish Airlines Open” turnirində ingiltərəli TirellXatton, Met Fitspatrik, Yan Poulter və MetyuSautgeytoyuqa ən tez düşmək üzrə yeni Ginnesrekordunumüəyyənləşdiriblər.

İngiltərəlilər Cənubi Afrika komandasını cəmi bir neçə saniyə qabaqlayaraq dünya rekordunu müəyyən edən komandaya birləşmişlər. Eyni zamanda, hər iki ölkənin komandası ötən il Fransa tərəfindən müəyyən edilmiş rekordutəzələyib.

Həyəcanlı gözləmədən sonra elan edildi ki, ingilislər oyuqu 32,7 saniyəyə keçib və bunula da Cənubi Afrika komandasının 32,9 saniyəlik nəticəsini üstələyiblər.

Komandanın üzvlərindən olan Met Fitspatrik bildirib: “Rekord vurmaq cəhdində iştirak etmək çox sevindirici idi, lakin turniri dünya rekordu ilə tərk etmək və tarixdə öz izini qoymaq faktı ilə həqiqətən də fəxr etmək olar. Bu, ”Turkish Airlines Open” turniri üçün olduqca gözəl hadisədir və mən ümid edirəm ki, biz uzun müddət ərzində sözü gedən rekordu qoruyub saxlaya bilcəyik”.

“Türk Hava Yolları” şirkətinin korporativ kommunikasiyalar üzrə baş vitse-prezidenti Seda Kalyoncu qeyd edib: “Biz fəxr edirik ki, sözü gedən rekordun qeydə alınma yeri məhz Türkiyə və “Turkish Airlines Open” olub. Ümid edirəm, bu rekord gələn ilədək qorunacaq və onu təzələmək üçün bizim daha bir şansımız olacaq”.

Rekordu təzələmək cəhdi “Turkish AirlinesOpen”də canlı həftənin əvvəli kimi qeyd olundu. Mükafat fondu 7 milyon dollar olan “Turkish Airlines Open”turnirinə 78 iştrakçı qatılıb ki, yarış “Race European Tours to Dubai” çərçivəsində üçüncü və sonuncudur.

“Turkish Airlines”digər aviadaşıyıcılar arasında ən çox ölkəyə uçan aviaşirkət olaraq qolfu dünyada ən iri korporativ həvəskar yarışısayılan “Challenge Tour”u və “Turkish Airlines World Golf Cup”ıdəstəkliyir, şirkət həmçinin sərnişinlərə qolf qarmağlarını pulsuz daşımağa imkan yaradır.

Rekordun videosu linkdə: https://youtu.be/i7JkOFS10zI.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: